Icma.az
close
up
RU
Londonda Formula 1 azarkeşləri Bakı Qran Prisi barədə nə düşünürlər? VİDEO

Londonda Formula 1 azarkeşləri Bakı Qran Prisi barədə nə düşünürlər? VİDEO

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

London, 22 sentyabr, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisinə sayılı günlər qalır. Sentyabrın 24-dən 26-dək dünyanın ən sürətli pilotları yenidən Bakı küçələrində mübarizə aparacaqlar. AZƏRTAC Londonda Formula 1 azarkeşləri ilə həmsöhbət olaraq onların Bakı Qran-Prisi, Azərbaycan və builki yarışdan gözləntiləri ilə maraqlanıb.

Londonda yaşayan Kurt Kent Bakı trasını xüsusilə ötmə imkanlarına görə bəyəndiyini bildirib.

“Mənim adım Kurtdur, Londonda yaşayıram və Bakı Qran-Prisini səbirsizliklə gözləyirəm. Tras çox xoşuma gəlir. Düşünürəm ki, ötmələr üçün çox yaxşı trasdır və ümumiyyətlə, Azərbaycan Qran-Prisini həmişə bəyənmişəm”, - deyə o bildirib.

“Ferrari” pilotu Lyuis Hemiltonu dəstəklədiyini deyən azarkeş, buna baxmayaraq, yarışın qalibinin “McLaren”dən ola biləcəyini düşünür: “Hemiltona görə “Ferrari”nin qalib gəlməsini istəyirəm, amma bunun baş verəcəyini düşünmürəm. Məncə, bəlkə də “McLaren” qalib gələr”.

Əslən Avstriyanın Vyana şəhərindən olan və hazırda Londonda yaşayan Filipp Huppmann isə 20 ildən artıqdır Formula 1-i izlədiyini deyir. Mixael Şumaxerin yarışlarını izləyərək böyüdüyünü bildirən Filipp sonradan “Ferrari” azarkeşinə çevrildiyini və indi demək olar ki, bütün yarışları izlədiyini söyləyib.

O, Bakı Qran-Prisi barədə təəssüratlarının yalnız trasla məhdudlaşmadığını qeyd edib. Keçən il Azərbaycan Qran-Prisini canlı izləmək üçün Bakıya səfər edən dostunun həm yarışdan, həm də şəhərdəki atmosferdən çox təsirləndiyini deyib.

“Bakı çox maraqlı şəhərdir – “Küləklər şəhəri”. Tras da əladır: həm çox yüksəksürətli hissələri, həm də texniki baxımdan çətin döngələri var. Mən də ora getməyi çox istərdim”, - deyə Formula 1 azarkeşi bildirib.

Builki yarışın mümkün qalibindən danışan Filipp Maks Ferstappeni dəstəklədiyini, lakin “Ferrari”, “McLaren” və “Mercedes” komandalarının da qələbə şansının olduğunu düşündüyünü bildirib.

“İlk ağla gələn, əlbəttə, Kiminin Qran-Prini qazanacağını deməkdir. Amma mən optimistəm və Maksı dəstəkləyirəm, ona görə də Maksın qalib gəlməsini istəyirəm. Düzünü desəm, böyük ehtimalla qalib “Ferrari”, “McLaren” və ya “Mercedes”dən biri olacaq”, - deyə o əlavə edib.

Filipp Azərbaycanı gələcəkdə ziyarət etmək istədiyini də vurğulayıb: “Azərbaycan çox maraqlı ölkədir. Bakının zəngin tarixi və möhtəşəm İçərişəhəri var. Səyahət etmək üçün çox gözəl ölkədir. Ümid edirəm ki, Azərbaycanın gələcəyi də uğurlu və firavan olacaq”.

Bütün həyatını Londonda keçirdiyini deyən Miteş Patel isə beş ildir Formula 1-i yaxından izləyir. O da Azərbaycan Qran-Prisini maraqla gözlədiyini və Bakı trasını pilotlar üçün kifayət qədər çətin hesab etdiyini deyib.

“Düşünürəm ki, tras kifayət qədər çətindir. Məncə, Lyuis Hemilton qalib gəlməlidir, amma görək nə baş verir”, - deyə o bildirib.

Miteş Azərbaycanı ziyarət etmək arzusunda olduğunu da qeyd edib: “Azərbaycanı çox bəyənirəm. Ora getməyi çox istərdim”.

Onun fikrincə, Bakı trasının çoxsaylı döngələri və mürəkkəb hissələri azarkeşlərə yenə də həyəcanlı yarış vəd edir.

“Bakı trası çox çətindir, çoxlu döngələri və mürəkkəb hissələri var. Düşünürəm ki, izləmək üçün çox maraqlı və həyəcanlı Qran-Pri olacaq”, - deyə Miteş Patel bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri