Icma.az
close
up
RU
Londonda yaşıl enerji startapı quran azərbaycanlı: Azərbaycan xarici investorlar üçün mühüm potensiala malikdir

Londonda yaşıl enerji startapı quran azərbaycanlı: Azərbaycan xarici investorlar üçün mühüm potensiala malikdir

Azertag saytına istinadən Icma.az xəbər verir.

London, 2 may, AZƏRTAC

Londonda Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə həsr olunmuş işgüzar görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər arasında biznes mühitinin inkişafı, infrastruktur layihələri və birgə investisiya təşəbbüsləri üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirdə iştirak edən “BeWorks Automation” startapının təsisçisi və baş icraçı direktoru, azərbaycanlı sahibkar Fidan Cavadova AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, bu cür görüşlər ölkələr arasında iqtisadi dialoqun gücləndirilməsi, birgə layihələrin təşviqi və təcrübə mübadiləsi baxımından əhəmiyyətli platformadır. F.Cavadova qeyd edib ki, hazırda Böyük Britaniyada fəaliyyət göstərən “BeWorks Automation” startapını gələcəkdə Azərbaycanda da tətbiq etmək niyyətindədir. Onun sözlərinə görə, ölkədə yaşıl enerji və ağıllı texnologiyalar sahəsində artan maraq, o cümlədən dövlət tərəfindən göstərilən yeni dəstək mexanizmləri belə təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.

“Müzakirələr zamanı xaricdə fəaliyyət göstərən şirkətlərin Azərbaycana investisiya yatırmaq imkanları, eləcə də istehsal və emal sənayesində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunduq. Bu sahələr üzrə qarşılıqlı maraq çox yüksəkdir. Azərbaycanda Ələt Azad İqtisadi Zonasında təklif olunan azad ticarət imkanları və güzəştlər ölkəyə xarici sərmayənin cəlb olunması üçün mühüm stimuldur. Bu kimi təşviqlər, xüsusilə Böyük Britaniya və Avropada fəaliyyət göstərən texnoloji şirkətlərin Azərbaycanda tədqiqat və inkişaf (R&D) sahəsində fəallaşmasını təşviq edə bilər. Belə təşviq mexanizmləri yalnız iqtisadi artıma deyil, həm də texnologiya transferinə və kadr potensialının inkişafına töhfə verə bilər”, - deyə o, bildirib.

Fidan Cavadova belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd edərək deyib ki, regionlararası əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi Azərbaycan iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, ölkənin beynəlxalq investisiya xəritəsindəki mövqeyini də gücləndirir.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see327

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see234

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see148

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see147

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see143

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see134

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see133

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see130

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri