Icma.az
close
up
RU
Londondakı Azərbaycan məktəbində tədbir keçirilib

Londondakı Azərbaycan məktəbində tədbir keçirilib

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbində (BEAS) Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan mədəniyyətini və irsini yaşatmağı, eyni zamanda, Britaniyada yaşayan azərbaycanlıları bir araya gətirməyi hədəfləyib. Tədbirdə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov da iştirak edib.

Tədbir çərçivəsində məktəbin tələbələri konsert proqramı ilə çıxış ediblər. Həmçinin Britaniyada yaşayan azərbaycanlı sənətkarların və sakinlərin əl işlərindən ibarət sənətkarlıq yarmarkası təşkil olunub. Yarmarkada zərgərlik məmulatları, bəzək əşyaları, keramika, kitablar və digər əl işləri nümayiş etdirilib və satışa çıxarılıb. Bu, yalnız mədəni irsimizin nümayişi deyil, həm də Azərbaycan mədəniyyətinə marağın artırılması baxımından mühüm bir addım olub.

Tədbirin təşkilatçılarından Rauf Xəlilov, Səbinə Rakçeyeva və Səbinə Quliyeva bildirib ki, belə tədbirlər həm Azərbaycan mədəniyyətini xaricdə yaşatmaq, həm də müxtəlif icma üzvlərini birləşdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Məktəbin təsisçiləri və rəhbərləri vurğulayıblar ki, tədbirin məqsədi həm də Azərbaycan mədəniyyətinə maraq göstərən digər icmalara ölkəmizin zəngin irsini tanıtmaqdır.

Tədbirdə Britaniyada yaşayan azərbaycanlı ailələr, tələbələr, eləcə də müxtəlif millətlərdən olan qonaqlar iştirak ediblər. Təşkilatçılar tədbirin uğrunda əməyi keçənlərə xüsusi təşəkkürlərini bildiriblər. Onlar bildiriblər ki, BEAS rəhbərliyi gələcəkdə də oxşar layihələr həyata keçirərək Azərbaycan mədəniyyətini Britaniya ictimaiyyətinə daha geniş miqyasda tanıtmağı hədəflədiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri