Icma.az
close
up
RU
“Londondan bir neçə təklif almışam” “Golden Time Talent” qalibi ilə MÜSAHİBƏ + FOTOLAR

“Londondan bir neçə təklif almışam” “Golden Time Talent” qalibi ilə MÜSAHİBƏ + FOTOLAR

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əslən Qərbi Azərbaycanın Göyçə mahalından – Basarkeçər rayonunun Nərimanlı (Hüseynquluağalı) kəndindən olan gənc bəstəkar Ruhin İsmayılov Londonda təşkil olunan “Golden Time Talent” (“Qızıl Zaman İstedadı”) müsabiqəsinin qalibi olub.

Onun fortepiano üçün bəstələdiyi “Fantasia” əsəri müsabiqənin ən yaxşı kompozisiyası seçilib. Onun simli kvartet üçün yazdığı “The Return” əsəri isə bu ilin sentyabr ayında Polşada keçirilən V “Dünyanın ən yaxşı musiqiçiləri” müsabiqəsində 2-ci yeri tutub.

Gənc bəstəkar R.İsmayılovun Medianews.az-a müsahibəsini təqdim edirik.

– Əvvəlcə Ruhin İsmayılovu oxucularımıza daha yaxından tanıdaq. Kimdir Ruhin?

– Mən 1987-ci ildə fevral ayının 19-da Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşam. 1988-ci ilin məlum hadisələrində digər soydaşlarımız kimi bizim ailə də deportasiya olunub. Azərbaycana köçərək burada məskunlaşmışıq. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinifində təhsil almışam. Oranı bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq ixtisasına, Xalq artisti, bəstəkar Arif Məlikovun kursuna daxil olmuşam. Akademiyanı 2009-cu ildə bitirmişəm. Bundan sonra professional musiqi fəaliyyətinə başlamışam.

– Musiqiyə həvəsin nə vaxtdan yaranıb, bu, necə baş verib? Təxminən neçə ildir bu sənətlə məşğul olur, bu sahədə çalışırsan?

– Musiqiyə həvəsim təxminən 5 yaşlarımdan başlayıb. Bu həvəsimi Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında Cəmilə müəllim oyadıb. O, hazırda da musiqi və fortepianodan dərs deyir. Allah onun canını sağ eləsin. Mənə çox kömək edib. İlk əlimdən tutan Cəmilə müəllim olub. Onun tövsiyəsi ilə mən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə getmişəm. Peşəkar şəkildə fəaliyyətim isə 25 ilə yaxındır. Hazırda da bu sahədə çalışmağa davam edirəm.

– İndiyə qədər hansı müğənnilərlə işləmisən? Hansı tanınmış bəstələrin var?

– İndiyə qədər bir çox layihələr həyata keçirmişəm, aranjimanlar etmişəm, mahnılar bəstələmişəm. Respublikanın tanınmış Xalq artistlərlə, məşhur müğənnilərlə, o cümlədən Alim Qasımov, Röya Ayxan, Aygün Kazımova, Elton Hüseynəliyev, Ceyhun Zeynalov, Zamiq və digərləri ilə işbirliyimiz olub. Çox insanlarla çalışmışam. Həmçinin bir necə layihədə işləmişəm. Eləcə də 5 il Türkiyədə fəaliyyət göstərmişəm. Həmin illər ərzində Türkiyədə bir necə məşhur filim şirkəti ilə, eyni zamanda tanınmış simalarla da işləmişəm. Məsələn, Survivor yarışmasının qalibləri ilə, Popstar yarışması və sair kimi layihələrdə yer almışam. Həmçinin filim, reklam musiqiləri də yazmışam. Eyni zamanda ABŞ-də Azərbaycanın milli musiqi alətlərinin dünyada tanıdılmasında, hətta satışında birbaşa fəaliyyətim olub.

– Bu günlərdə Londonda təşkil olunan “Golden Time Talent” müsabiqəsinin qalibi olmusan. İlk öncə bu müsabiqə barədə ətraflı məlumat verməni istərdik. Necə oldu ki, belə bir müsabiqədə iştirak etdin? Hansı mərhələlərdən keçdin, nələr yaşadın?

– Bu müsabiqəyə qədər mən 2009-cu ildə, əsgərliyə getməyə az qalmış bir dostumun qısametrajlı filmi üçün musiqi yazmışdım. Mən hərbi xidmətdə olduğum dönəmdə o musiqi Avstraliyada, Sidneydə “Ən yaxşı qısametrajlı filim musiqisi” nominasiyasının qalibi olmuşdu. Ondan sonrakı dövrlərdə də belə müsabiqələr olmuşdu. Orada da qalibiyyət məsələsi var idi. Məni də ona görə gözlədilər ki, hərbi xidməti başa vurum, festivalı hardasa 6-7 ay sonraya keçirdilər. Lakin təəssüflər olsun ki, o zaman Mədəniyyət Nazirliyi səviyyəsində bu işə müsbət baxılmadı deyə, göndərmədilər. “Golden Time Talent” müsabiqəsindən öncə onu bildirib ki, mən Polşada keçirilən V “Dünyanın ən yaxşı musiqiçiləri” müsabiqəsində 2-ci yeri tutmuşam. “İohan Sebastyan Bax” adına müsabiqədə 3-cü yeri tutmuşam. “Golden Time Talent” müsabiqəsi də əsərlərimi göndərdiyim həmin müsabiqələrdən biri idi. “Golden Time Talent” müsabiqəsində həm 1-ci, həm də 2-ci olmuşam, 2 əsərimlə qatılmışam.  Bununla paralel müsabiqələr var və onlardan cavab gözləyirəm. Mən öz əsərlərimə inanıram və onlara sahib çıxıram. Onları bu kimi yarışlarda sınayıram və qalib oluram. Çünki bu mənim məhsulumdur və onun nəyə qadir olduğunu çox yaxşı bilirəm. “Golden Time Talent” müsabiqəsinə 71 ölkədən müraciət olunur və onların içərisindən nominasiyalar üzrə qaliblər seçilir. Həmin qaliblərdən biri də mən oldum.

– Müsabiqədə qalib olarkən hansı hissləri keçirdin?

– Mən düşünürəm ki, bir incəsənət xadimi müsabiqələr sayəsində özünün formada olub-olmadığı qənaətinə gəlməlidir. Necə ki, idmançılar yarışa qatılaraq özlərini göstərirlər, ildən-ilə daha da yaxşılaşır, inkişaf edirlər. Eləcə də musiqiçilər və digər sahənin insanları belə olmalıdır. Təbii ki, yer tutmaq mənim üçün çox gözəl şeydir. Lakin hədəfim hər zaman o deyil. Əsas hədəfim özümü özümə sübut etməkdir. Yəni mən bu yaradıcılığımla nəyəsə nail ola bilirəmmi, formadayammı, yoxsa “paslanmışam”, deyə özümü yoxlayıram. Düzdür, həmişə birincilərdən olmaq istəmişəm, amma eyni zamanda özümün-özümə tətbiq etdiyim qanunlar var ki, bu da onlardan biridir. Qalib olarkən gözəl bir hiss keçirdim. Onu da deyim ki, bu müsabiqənin qranprisinə məni Londona dəvət etdilər. O da çox güman ki, yaz-yay aylarında olacaq. O dönəmdən Londondan bir necə təklif də almışam. Sadəcə bir şeyə təəssüflənirəm ki, belə müsabiqələrdə qalib olan azərbaycanlılar çox da qiymətləndirilmir. Əsas da nə televiziya, nə də radio vastələri ilə, amma sağ olsun media işçiləri, sayt rəhbərləri, eləcə də siz başda olmaqla ki, bu uğuru ictimailəşdirirsiniz. Düşünürəm ki, bu uğur sadəcə mənim deyil, təmsil etdiyim ölkəmin uğurudur. Dəstəyinizə və motivasiya verdiyinizə görə minnətdaram.

– İlk təbrik edənin, uğuruna sevinənin kimlər oldular? Valideynlərinə bu şad xəbəri necə çatdırdın, reaksiyaları necə oldu?

– Ətrafımda sağ olsunlar dostlarım təbrik etdilər. Məni ilk təbrik edən həyat yoldaşım oldu. Mənə dəstəyi çox oldu, ona minətdarlığımı bildirirəm, eyni zamanda da valideynlərimə. Mən elə insanam ki, hədsiz sevinən deyiləm. Çünki hədəflərim, qarşıma qoyduğum məqsədlərim böyükdür. Mən dünyaya açılmaq üçün çalışıram. Nailiyyətlə özümü eyforiyaya qapamağı sevmirəm. Bunu insanın ən böyük fəlakəti hesab edirəm. Qeyd etdiyim kimi, valideynlərim, həyat yoldaşım, ətrafımdakı dostlarım sağ olsunlar, mənə dəstək olurlar, elə ilk təbriki də onlar etdilər.

– Sazlı-sözlü bir el-obanın təmsilçisi kimi, ata-baba yurdunla, Vətənlə, vətənpərvərliklə bağlı da bəstələrin varmı? Ümumiyyətlə, aşıq məktəbi ilə məşhur olan Göyçənin ab-havasının sənin musiqiyə, yaradıcılığa, bəstəkarlığa maraq göstərməyinə təsiri olubmu?

– Sazlı-sözlü obanın təsirindən daha çox, atamın mənə təsiri çox olub. Çünki Göyçədən deportasiya olunanda mənim cəmi bir yaşım var idi. Təəssüf ki, o gözəl yurdda ömrümün çox az bir hissəsini keçirmişəm. Amma ailəmizdə atam incəsənət sahəsinə meylli olub və həmişə şeir deyib, professional olmasa da musiqi ilə, hətta aktyorluqla da məşğul olub. Hətta Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaq üçün səylər göstərib. O dönəm incəsənət sahəsinə yaxşı baxılmırdı deyə, yaxud da başqa səbəbdən həvəsdən düşüb, arzusunun dalınca getməyib. Təbii ki, hər halda hansısa genetik faktor olub. Amma mən bilirəm ki, Göyçə mahalında ilk bəstəkar mənəm. Mən bu məsələyə qlobal baxıram. İnsanın dünyagörüş, baxış bucağına, özünü dərk və həyata baxışından çox şey asılıdır. İnsan çox istedadlı ola bilər, amma özünü inkişaf etdirməsə, heç bir şeyə nail ola bilməz. Bununla yanaşı, əldə etdiyim uğurlarda aldığım təhsilin əsas rol oynadığını düşünürəm. Hər bir halda Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil almasaydım, yəqin ki, bu nailiyyətləri qazana bilməzdim. Çünki mənim orada çox böyük müəllimlərim olub. Hansılar ki, Qara Qarayev məktəbini görüblər, dahi Üzeyir Hacıbəyov məktəbindən keçiblər. Bu insanların necə deyərlər, əllərindən su içmişik, onlara hər zaman minətdarıq.

– Gələcəklə bağlı planların nədən ibarətdir?

– Hazırda yaradıcılıq tərəfdən bir neçə istiqamət üzrə fəaliyyətdəyəm. Uzun müddətdən sonra əsərlərimə qayıtdım və onlara bəzi düzəlişlər, yeniliklər əlavə etməyə çalışdım. Həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində çalışıram. Orada bizim çox məşhur dirijorumuz var. Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov və onun mərkəzdə inklüziv orkestrı var. Paralel olaraq müsabiqədə yer tutmuş əsərimin biri ifa olunur, orkestrla məşqləri gedir. Planlarım arasında Azərbaycandan kənara gedərək ölkəm üçün başqa işlər görməkdir. Məsələn, mən filim sahəsində özümü daha çox görürəm  və o sahə üzrə fəaliyyətimi davam etdirmək istəyirəm. Gələcəyimi bu istiqamət üzrə inkişaf etdirib öz yaradıcılığımla, nailiyyətlərimlə Azərbaycanı dünyaya daha da tanıtmaq istəyirəm.

Söhbətləşdi: Nailə QASIMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri