Qazaxıstan beş ildən çox yaşı olan avtomobillərin idxalını qadağan edəcək
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan Sənaye və Tikinti Nazirliyi ölkədə istismarına icazə verilən nəqliyyat vasitələrinin parametrlərində dəyişiklikləri təsdiqləyib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, dəyişikliklərə əsasən, 30 dekabrdan etibarən sakinlər beş ildən çox əvvəl istehsal olunmuş və ya mühərrikləri Avro-5-dən aşağı emissiya standartına malik olan nəqliyyat vasitələrini şəxsi istifadə üçün idxal edə bilməyəcəklər.
Respublikanın normativ aktlarının onlayn məlumat bazasında yerləşdirilən əmrin mətninə əsasən, "şəxsi istifadə üçün Qazaxıstan Respublikası ərazisinə fiziki şəxslər tərəfindən idxal edilən motorlu nəqliyyat vasitələrinin Qazaxıstan Respublikası ərazisində dövriyyəyə buraxılmasına" nəqliyyat vasitəsi 5-ci ekoloji sinifə və ya daha yüksək ekoloji sinifə uyğun olduğu, yaxud nəqliyyat vasitəsinin istehsal tarixindən hesablanan müddət 5 ildən çox olmadıqda icazə veriləcək.
Sərəncam 30 dekabrda qüvvəyə minəcək. Dəyişikliklər yerli avtomobil istehsalının artması fonunda qəbul edilib. Milli Statistika Bürosunun məlumatına görə, bu ilin yanvar-sentyabr ayları arasında respublikada 136.548 avtomobil yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38% artım deməkdir. Ölkədə avtomobil istehsalı ilə on iki şirkət məşğul olur.
Süleyman
Bu mövzuda digər xəbərlər:Qazaxıstan ilin sonuna qədər alma idxalını qadağan etməyi planlaşdırır
09 İyul 2026 14:32
Gürcüstan 6 ildən çox yaşı olan minik avtomobillərinin idxalını qadağan etmək planlarından imtina edib
12 Mart 2026 15:59
Qazaxıstan üçüncü ölkələrdən pomidor idxalını məhdudlaşdırır
24 İyun 2026 21:42
Qazaxıstan buğda ixracını QADAĞAN ETDİ
17 İyul 2026 17:52
Qazaxıstan Azərbaycandan bu məhsulların idxalını kəskin artırdı
06 Yanvar 2025 20:11
Baxış sayı:141
Bu xəbər 02 Noyabr 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















