Londonun “açarı” tapıldı Azərbaycan ön planda
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Böyük Britaniya Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş kimi görür.
Avtosfer.az xəbər verir ki, bunu politoloq Elçin Xalidbəyli Ajans.az-a Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının 8-ci iclası fonunda iki ölkə arasındakı münasibətləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Böyük Britaniya türk dövlətlərinə, o cümlədən Azərbaycana müsbət yanaşan mühüm Qərb ölkələrindən biridir:“Ən əsası, Böyük Britaniya Azərbaycanla münasibətlərə strateji pəncərədən yanaşır. Bu da iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivlərini genişləndirən mühüm amillərdəndir. Nəzərə almaq lazımdır ki, Böyük Britaniyanın Cənubi Qafqazda həmişə maraqları olub. Hazırda isə həmin maraqlar kifayət qədər konkret hədəflərə yönəlib. Rəsmi London Azərbaycanla münasibətlərin yüksək səviyyədə olmasından özünün geosiyasi maraqlarına yönələn məqsədlərin reallaşdırılmasında da istifadə edir. Qarşılıqlı faydalı əməkdaşlıq hər iki tərəfin maraqlarına uyğundur".
E.Xalidbəylinin sözlərinə görə, Rəsmi London hesab edir ki, Azərbaycan Cənubi Qafqazın açar dövlətidir:"Bölgədə Britaniyanın maraqlarının reallaşdırılması nəzərdə tutulursa, bu, Azərbaycanla münasibətlərin yüksək səviyyədə olmasını və birbaşa strateji əməkdaşlığı zəruri edir. Buna görə də rəsmi London Cənubi Qafqazda daha çox Azərbaycanla yaxınlaşma siyasətinə üstünlük verir. Başqa sözlə, Böyük Britaniyanın Cənubi Qafqaz siyasəti Azərbaycana yönəlib. Rəsmi London onu da nəzərə alır ki, Azərbaycan Avropa ilə Asiya arasındakı strateji nəqliyyat-kommunikasiya xətləri baxımından mühüm ölkədir. İki qitəni birləşdirən əsas nəqliyyat-kommunikasiya infrastrukturlarından biri Azərbaycan üzərindən keçir. Orta Dəhlizin genişləndirilməsi üçün nəzərdə tutulan infrastrukturun mühüm hissəsi də Azərbaycandadır".
Politoloqun fikrincə, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya marşrutlarında mövcud infrastrukturu ilə iştirak edir:"İqtisadiyyat, ticarət, logistika və enerji təhlükəsizliyi kimi amillər dünya siyasətinə birbaşa təsir göstərdiyindən Azərbaycanın malik olduğu imkanlar Böyük Britaniya üçün də cəlbedicidir. Bütün bunlar iki ölkə arasında genişmiqyaslı strateji münasibətlərin formalaşmasına zəmin yaradıb. Belə görünür ki, Azərbaycanla Böyük Britaniyanın maraqları üst-üstə düşür və bu strateji münasibətlərin bundan sonra da davam etməsi şübhə doğurmur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 Oktyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















