Icma.az
close
up
RU
Lorenz Rudolf Gonschor: Ədalətin bərpası gələcək nəsillərə insan haqlarına əsaslanan tarix təqdim edir

Lorenz Rudolf Gonschor: Ədalətin bərpası gələcək nəsillərə insan haqlarına əsaslanan tarix təqdim edir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 iyun, AZƏRTAC

Son dövrlərdə Fransa ilə Əlcəzair arasında müstəmləkəçilik dövrünə dair keçmişin qiymətləndirilməsi istiqamətində diplomatik və tarixi proseslər sürətlənib. Xüsusilə 2022-ci ildə yaradılmış birgə komissiya hər iki dövlətin tarixə daha obyektiv və ədalətli baxış sərgiləmək üçün atdığı mühüm addımlardan biridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Cənub Sakit Okeanı Universitetində baş müəllim Lorenz Rudolf Gonschor “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransın açılışında çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, yaradılan komissiya Fransa Prezidenti Emmanuel Makronun müstəmləkəçilik dövrünə dair bəzi açıqlamaları ilə bağlı yaranan gərginlik fonunda qurulub. Fransa tərəfi Prezidentin bəyanatlarını geri almaqdan çəkinərək, əvəzində tarixi sənədlərin və arxeoloji materialların işlənməsi və açıq şəkildə müzakirə olunması yönündə konkret addımlar atmağı üstün tutub. Komissiyanın əsas məqsədi müstəmləkəçilik dövründə baş verən hadisələrin araşdırılması, tarixi sənədlərin paylaşılması, xüsusilə də Vətən muzeylərində saxlanılan insan qalıqları, skeletlər və kəllələr məsələsinin ədalətli həllidir.

“Komissiyanın fəaliyyətləri hələ tam nəticə verməsə də hər iki tərəfdə müəyyən irəliləyişlər müşahidə olunmaqdadır. Xüsusilə, Fransa tərəfindən bəzi arxiv sənədlərinin təqdim edilməsi və əvvəlcə rədd edilən bəzi məsələlərin danışıqlar masasına gətirilməsi qarşılıqlı anlaşma və hörmət mühitinin yarandığını göstərir. Bu proses yalnız Əlcəzair və Fransa arasında deyil, həm də postmüstəmləkə tarixinə dair beynəlxalq ədalət və yaddaş məsələlərində daha geniş bir kontekstdə mühüm əhəmiyyət daşıyır. Ədalətin bərpası və kollektiv yaddaşın sağaldılması üçün atılan bu addımlar gələcək nəsillərə daha obyektiv və insan haqlarına söykənən tarix təqdim etmək yolunda önəmli mərhələ ola bilər”, - deyə Lorenz Rudolf Gonschor əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri