LosAncelesdə məhbuslar yanğınsöndürən kimi işə götürüldü: maaşdan narazıdırlar
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kaliforniya ştatının Los-Anceles şəhərində günlərdir davam edən yanğın hələ də söndürülməyib. Yanğın nəzarətdən çıxdıqdan sonra məhbuslar bölgəyə yanğınsöndürən kimi cəlb olunmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Bildirilib ki, Los-Ancelesdə məhbuslar yanğına müdaxilə etməzdən əvvəl bu mövzuda təlim keçiblər. Yanğın ilk başladığı zaman əraziyə 395, daha sonra isə 88 məhbus dəstək üçün göndərilib.
Qeydlərə görə, Kaliforniyada minimum əməkhaqqı bir saat üçün 16 dollar olsa da, məhbuslara yardımları üçün gündəlik 5-10 dollar arasında maaş verilir. Bu da onların narazılığına səbəb olur.
"Yanğın yerində ən çirkli və ən ağır işi görən, birinci gəlib ən uzun müddət qalan bizik, amma bunun bir bədəli var", - deyə məhbuslardan biri şikayətində deyib.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 13 Yanvar 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















