LosAncelesin qərb və şərqində iki güclü yanğının yayılması nəzarətə alınır
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Yanğınsöndürənlər Los-Ancelesin qərb və şərqində alovlanan iki böyük yanğının qarşısının alınmasında irəliləyiş əldə ediblər.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qərb KİV-ləri məlumat yayıb.
Məlumata görə, yanğınsöndürənlər şəhərin qərbindəki Pasifik Paliseyds və şərqdəki Altadina rayonunda yanğının yayılmasını qismən nəzarətə almağa nail olublar. Lakin yanğınlar nəticəsində 137 kvadratkilometr ərazi yanıb.
“AccuWeather”in məlumatına görə, Kaliforniyanın cənubundakı meşə yanğınlarından dəyən iqtisadi zərər 135-150 milyard dollar təşkil edə bilər.
ABŞ Prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən Kaliforniya ştatında böyük fəlakət rejimi elan edib.

LosAncelesin Yanğını: Bəşəriyyət üçün XƏBƏRDARLIQ
11 Yanvar 2025 23:39
LosAncelesin yanmış ərazisi Lixtenşteyn ərazisini keçib
13 Yanvar 2025 21:31
Avstraliyanın şərqində güclü yağışlar daşqınlara səbəb olub
23 May 2025 16:13
Rusiyanın şərqində güclü zəlzələ oldu 7,8 bal gücündə
19 Sentyabr 2025 00:18
Ukraynanın şərqində toqquşmalar şiddətlənir
12 Avqust 2025 21:04

