Icma.az
close
up
RU
Lotereya biletləri satan şəxsi bıçaqladı Məhkəmə zalında həbs edildi

Lotereya biletləri satan şəxsi bıçaqladı Məhkəmə zalında həbs edildi

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Əbdüləli Quliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib və Əbdüləli Quliyev dərhal məhkəmə iclas zalında həbsə alınıb.
İttiham aktına əsasən, hadisə 16 iyun 2025-ci il tarixdə saat 18 radələrində paytaxt ərazisində yerləşən “Ramiz Aboyev” adına istirahət parkının girişində qeydə alınıb.
 

Belə ki, Əbdüləli Quliyev sərxoş vəziyyətdə sözügedən ərazidə lotereya biletlərinin səyyar satışı ilə məşğul olan tanışı, zərərçəkmiş Mahir İmranovla (adı, soyadı şərtidir) mübahisə edib. Mübahisə Mahirin təqsirləndirilən şəxsin ondan nisyə aldığı lotereya biletlərinin pulunun tələb etməsi və ona məxsus mobil telefonun geri qaytarılmaması zəminində baş verib.


Məlumata görə, Əbdüləli heç bir əsaslı səbəb olmadan, ətrafda olan vətəndaşların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verib və üzərində olan mətbəx bıçağını silah qismində istifadə edib. O, həmin bıçaqla zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək xəsarət yetirib. Bu xəsarətlər dərəcəsinə görə insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurulması kimi qiymətləndirilib.
Məhkəmə iclasında Əbdüləli Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində deyib ki, zərərçəkmiş şəxsdən mütəmadi olaraq nisyə lotereya biletləri alıb. Sonuncu dəfə borcunun olduğunu xatırladaraq lotereya verməkdən imtina edən Mahirin onun mobil telefonunu zorla əlindən aldığını qeyd edib. Təqsirləndirilən şəxs telefonun qaytarılmasını və borcun ertəsi gün ödəniləcəyini desə də, zərərçəkmiş şəxsin onu təhqir etdiyini bildirib.
 

Əbdüləli Quliyevin sözlərinə görə, təxminən 20 dəqiqə sonra yenidən zərərçəkmiş şəxsin yanına qayıdaraq telefonunu tələb edib, lakin bu zaman Mahir onu itələyib, sinəsindən vurub və təhqir edib. Təqsirləndirilən şəxs isə həmin an bıçaqla xəsarət yetirdiyini, hadisədən sonra baş verənlərin bir qismini xatırlamadığını, bıçağı zərərçəkmiş şəxsi qorxutmaq niyyəti ilə götürdüyünü bildirib.


Məhkəmədə həmçinin qeyd edilib ki, hadisə zamanı Mahir də sərxoş vəziyyətdə olub və tərəflər arasında mübahisə qısa müddət davam edib. Əbdüləli Quliyev törətdiyi əməldən peşman olduğunu ifadə edib. (Pravda.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Dekabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see296

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see239

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see236

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see183

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see156

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see149

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see144

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see142

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see142

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see141

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

30 u adlayan dəyərlilər

20 Dekabr 2025 11:45see130

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri