Icma.az
close
up
RU
Lotereyada bəxti gətirəcək bürclər açıqlandı MÜSAHİBƏ

Lotereyada bəxti gətirəcək bürclər açıqlandı MÜSAHİBƏ

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzi insanlar lotereyada qalib gəlməyi tamamilə təsadüf hesab etsə də, astroloqlar bunun ulduzlarla əlaqəli ola biləcəyini düşünürlər. Aprel və may aylarında bəzi bürclərin bəxti, xüsusilə də şans oyunlarında digərlərinə nisbətən daha çox gətirə bilər.

- Bəs hansı bürclər bu aylarda daha şanslıdır?

-Bürclər və onların həyatımıza təsiri əsrlərdir insan marağının mərkəzindədir. Ulduzların mövqeyi, planetlərin hərəkəti, enerjilər və şans faktorları gündən-günə daha çox insanın diqqətini çəkir.

Bu mövzuda daha ətraflı məlumat almaq üçün Demokrat.az olaraq astroloq Mələk İmanova ilə söhbətləşdik. O, aprel-may aylarında bəxti gətirəcək bürclər, şans oyunlarında uğurlu ulduzlar, şəxsi potensial və doğum xəritəsi ilə bağlı vacib məqamlardan danışdı.

- Mələk xanım, aprel-may aylarında lotereyada hansı bürclər daha uğurlu olacaq?

- Bu sualda əsasən Yupiter və Veneranın yerləşməsi əsas götürülür. Yupiterin təsiri Oxatan bürcünü önə çıxarır. Bu dövrdə onlara şans oyunlarında yaxşı fürsətlər çıxacaq. Oxatandan sonra Əkizlər, Tərəzi və Balıq bürcləri də uğurlu enerjilərlə əhatə olunacaq. Xüsusilə mayın ilk yarısında bu bürclər şans oyunlarında bəxtlərini sınasa, uğurlu nəticələr əldə edə bilərlər. Mars və Günəşin mövqeyinə əsasən Şir bürcü də şanslı görünür.

- Bürclər öz şanslarını necə artıra bilərlər?

- Hər bürcün içində daşıdığı potensial fərqlidir. Uğur qazanmaq üçün hər kəs doğum xəritəsində Yupiter, Venera və Günəşin vəziyyətinə baxmalı və uyğun addımlar atmalıdır.

Qoç – Liderlik qabiliyyəti yüksək olsa da, işləri tez-tez yarımçıq buraxa bilir. Uğur üçün sabitliyi qorumaq və başladığı işi tamamlamaq vacibdir.

Buğa – Konfort zonasından çıxmaqda çətinlik çəkir. Tənbəlliyi aşmağı bacarsalar, qarşıda gözəl günlər onları gözləyir.

Əkizlər – Zehni dağınıqlığı düzəltməli və qərarsızlıqdan uzaq durmalıdır. Yupiterin enerjisini doğru dəyərləndirsələr, yeni qapılar açılacaq.

Xərçəng – Keçmişə bağlılıqdan qurtulmalı və gələcəyə fokuslanmalıdır. İyul ayı onlara yeni imkanlar gətirəcək.

Şir – Eqonu kənara qoyub, özgüvənlə hərəkət etməlidir. Alqış arzusunu daxili motivasiyaya çevirmək onlara uğur qazandıracaq.

Qız – Mükəmməllik arzusunu bir qədər nəzarətdə saxlamalıdır. Kiçik uğurların da dəyərini bilməlidirlər.

Tərəzi – Qərarsızlığı aradan qaldırmaq və fokuslanmaq şərtdir. Zəif cəhətlərini tanıyan tərəzilər uğura daha yaxın olacaq.

Əqrəb – Hər şeyi idarə etmək istəyindən qismən imtina etməlidirlər. Bəzən axına buraxmaq da gücdür.

Oxatan – Yeniliyə açıqdırlar, lakin səbirli olub bilikləri daha dərindən mənimsəməlidirlər.

Oğlaq – Planlı şəkildə çalışmağa davam etdikcə karyera uğurları arxasınca gələcək.

Dolça – Sosial işlərə fokuslanaraq kollektiv uğurlar əldə edə bilər.

Balıq – Xəyalpərəstlikdən bir qədər uzaqlaşıb reallıqda addım atmağı bacarsalar, yaradıcı enerjilərini uğura çevirə bilərlər.

- Bürclərə uyğun uğur daşları və rəqəmlər, həqiqətən, işləyirmi?

- Son dövrlərdə daha çox fərdi yanaşmalara üstünlük verilir. Hər kəsin ehtiyacı eyni deyil. Məsələn, bir Qoç bürcü sevgiyə, digəri isə maddi rifaha ehtiyac duya bilər. Buna görə də bürc əsasında ümumi daşlar və rəqəmlər təklif edilmir.

Əvəzində, doğum xəritəsinə uyğun olaraq fərdi təbii daşlar, rəqəmlər və aromaterapiya tövsiyə edilir. Bu elementlər şəxsi enerjiyə uyğun hesablandığı üçün uğur potensialını daha effektiv aktivləşdirir.

Odur ki, bəxtinizi sınamaq üçün bürcünüzə uyğun uğurlu rəqəmlərinizi seçməklə tirajlı lotereya oynamaq kifayətdir. Bəlkə də, həyatınızı dəyişən elə həmin o lotereya bileti olacaq.

\demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri