Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

“Lovğalıq olmasın, deyəsən, mən də... Qədir Rüstəmov niyə Oğuza köçmüşdü?

“Lovğalıq olmasın, deyəsən, mən də... Qədir Rüstəmov niyə Oğuza köçmüşdü?

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az İmran Verdiyevin "Oğuzun Qədirli günləri" yazısını təqdim edir.

Hörmətli oxucu, düz təxmin etmisiniz. Söhbət milyonların sevgisini qazanmış Qədir Rüstəmovdan gedir. Heç bir təqdimata ehtiyacı olmayan Q.Rüstəmovdan. Çünki “Sona bülbüllər”in Qədiri” ifadəsi onun haqqında hər şeyi deyir.

Həmin “Sona bülbüllər” ki, maestro Niyazinin dediyi kimi ona “qulaq asmağa bir ömür bəs etməz”. O “Sona bülbüllər” ki, ona 300-dən çox şeir həsr olunmuşdur. Həmin “Sona bülbüllər” ki, bir zamanlar kosmosa yer üzünü təmsilən göndərildiyini eşitmişəm.


Azərbaycan Respublikasının Xalq artisti və “Şöhrət” ordenli əfsanəvi müğənninin sənətinə ümummilli liderimiz H.Əliyev başda olmaqla, dövrünün dövlət, mədəniyyət və incəsənət xadimləri, görkəmli şəxsiyyətlər hər zaman yüksək qiymət vermişlər.

Biz də Qədirin mahnılarının vurğunuyuq. Amma onun sənətini qiymətləndirməkdə acizik. Bir də ki, görkəmli şəxsiyyətlərin (X.Şuşinski, S.Suşinski, Ə.Dadaşov, F.Əmirov, Niyazi, H.Hüseynov, F.Şuşinski, X.Rza, B.Vahabzadə, E.Sabitoğlu, A.Rzayeva, Ə.Məmmədov, A.Abbas, A.Babayev, S.Rüstəm, Anar, S.Səxavət və b.) Qədirin sənəti haqqında söylədiklərinin və yazdıqlarının qabağında söz demək, nə isə yazmaq bizə düşməz.

Ona görə də bu yazıda sadəcə olaraq Q.Rüstəmovun həyatının Oğuz dövründən söhbət açacıq. Onun həyatının Qarabağsız, Ağdamsız, çətin günlərindən.

Ağdamın işğalından sonra Qədir Oğuz rayonunda məskunlaşmışdı. İnternat məktəbin yataqxanasında yaşayırdı. Niyə məhz Oğuzda? Həm də belə bir şəraitdə?
Buna Q.Rüstəmovun ən yaxın dostlarından olan Aqil Abbas müsahibələrinin birində belə aydınlıq gətirmişdi: “Oğuzda Qədir Rüstəmovu sevənlər çox idi deyə, xanəndə sonralar həmin rayonda yaşadı…Oğuzdakı dağlar, təbiət və s. ona Ağdamı xatırladırdı. Lakin Qədir Rüstəmov təkcə təbiətinə görə deyil, həm də o rayonun insanlarına görə Oğuzu seçmişdi. Yəni onun Oğuza pənah aparması oradakı insanların sevgisindən irəli gəlirdi”.
Bəli, xeyli müddət Oğuzda yaşayan görkəmli xanəndəyə oğuzluların sevgisi sonsuz idi. O, burada böyükdən kiçiyə kimi hamının hörmətini qazanmışdı. Çoxlu dostlar tapmışdı. Bu yerlərin təbiətinə və təbiəti qədər də saf olan insanlarına vurulmuşdu.
Mən Qədir Rüstəmovu şəxsən tanıyan, onunla ünsiyyətdə olan və onu canlı-canlı dinləyən insanlardan biriyəm.
Bir necə dəfə məşhur müğənninin iştirak etdiyi toy və şənlik məclislərində olmuşam. Çox sadə adam idi. İnsanlarla asanlıqla dil tapa bilirdi. Səmimiyyəti və şux, duzlu-məzəli zarafatları ilə hamıda maraq oyadırdı. İradlarını zarafatla deyirdi.
Kənardan qaradinməz və adama yovuşmaz görünsə də, olduğu yerdə hamını danışdıran, güldürən, diqqət çəkən insan idi. Həm də çox emosional adam idi. Bəzən tez təsirlənir, inciyir, küsür, əlindəki işi yarımçıq saxlayırdı. Onu ürəyi istəməyən heç nəyə məcbur etmək mümkün deyildi. Xaraktercə inadkar və dəymədüşər idi. Əlbəttə, Qədiri Qədir edən onun xarakteri yox, səsi idi.
Çox təvazökar idi həm də. Öz sənətinə belə tənqidi yanaşır, “bəyənmirdi”. Onu alqışlayanda və ya tərif edəndə “Əşi, mən nə edirəm, hamı kimi oxuyuram da” deyərək söhbətin axarını dəyişərdi.
Hətta müsahibələrinin birində demişdi ki, “Sona bülübüllər” mahnısına özü bir dəfə də başdan-ayağa qulaq asmayıb. Orda-burda nə eşidibsə, odur”.

Qədir heç vaxt istedadını gözlərə soxmaz, əksinə, ona vasitə kimi baxardı. Onu da deyim ki, onun toylarda oxuduqları radioda və televiziyada səsləndirilən mahnılarından qat-qat təsirli gəlirdi insana.
Qədir müəllim musiqi məclisində yersiz söhbətləri, şit hərəkət və rəqsləri xoşlamazdı. Təsadüfi deyil ki, müsahibələrinin birində deyirdi: “Mənim yüngül adamdan zəhləm gedir. Toyda belə şeylər görəndə dözə bilmirəm. Düzü belədi e…". Şahidiyəm ki, o, kənd toylarının birində oxuyarkən bir nəfər ortaya düşüb yarısərxoş vəziyyətdə oynamağa başladı. Müqənni mahnını yarımçıq kəsdi. Həmin adamı oturub qulaq asmağa məcbur etdi.
“Qədir səsə heykəl qoyur, abidə ucaldır, səsdən məmləkət qururdu. Onu dinlədikcə bu məmləkəti qarış-qarış gəzir və anlayırsan ki, bu məmləkətin öz qanunları, öz meyarları var”. (Loğman)
Rayonda heç bir toya haqq danışaraq getməzdi. Yadımdadır, 1996-cı ildə qohumlarımdan biri qızına toy edirdi. Toya müğənni kimi Qədiri dəvət etmək istəyirdi və ona xeyli pul təklif etmişdi. Lakin Qədir bunu qəbul etməmişdi. Bir az tərs olduğuna görə heç kəs onun toya gələcəyinə də inanmırdı. Lakin Qədir məclisin gur vaxtı gəldi. Xeyli oturdu. Hətta bir neçə mahnı da oxudu. Ailə quran gəncləri təbrik edib xəbərsiz gəldiyi kimi, xəbərsiz də çıxıb getdi.
O, kasıb və imkansız ailələrin toy məslislərinə də qəflətən gələr, təbrik edər, bir-iki mahnı oxuyar və sağollaşıb gedərdi. İmkansız ailələrdən heç vaxt nə isə ummazdı. Onun iştirak etdiyi toy və şənlik məclisləriinin söhbəti aylarla, illərlə davam edərdi. Qədirin iştirak etdiyi toy məclislərinin video yazıları indi də bəzi evlərdə tutya kimi qorunub saxlanılır.
Oğuzun siravi sakinlərindən tutmuş rəsmi şəxslərinə kimi hamı ona hörmət və ehtiram göstərirdi. Burda çoxlu dostları vardı. Onlar Qədirə kömək edir, korluq çəkməsinə imkan vermirdilər. Q.Hidayətov, N.Bəbirov, Ə.Əliyev, Q.Babayev, H.Hüseynov, R.Novruzov, R.Alızadə, İ.Mənəfov, F.Rəşidov, Ə.Seyidov və digərləri onun yaxın dostları idilər. Qədir çətinlik çəkəndə ilk növbədə bu dostlarına müraciət edirdi. Rayonun məmurları da onun hörmətini saxlayır, öz köməkliklərini əsirgəmir, sözünü yerə salmırdılar.
O, Oğuzun təbiətinə vurğun idi. Qonşuları söyləyirdilər ki, yayda evyanda durub siqaret yandırar, uzun müddət Oğuzun dağlarına baxar, saatlarla susar və fikrə gedərdi. Bu yerlərin havası ona Ağdamı xatırladırdı, ancaq əvəz edə bilmirdi. Oğuz meşələrini gəzməkdən yorulmazmış. Həyat yoldaşı F.Rüstəmova müsahibələrinin birində qeyd edir ki, Bakıya köçəndən sonra da tez-tez Oğuza gedərdik. Qədir saatlarla çayların kənarında gəzər və rəngbərəng kiçik daşlar yığardı.
Oğuzun dağlarında və meşələrində ov etməyi sevərdi. Ən çox sevdiyi balıq ovu idi. Tilovunu atardı çaya və gözləyirdi ki, nə vaxt balıq çıxacaq. Balıq ovuna çox vaxt dostluq etdiyi müəllim Qismət Babayevlə gedərdi. Qismət müəllimin onunla bağlı çoxlu xatirələri var. Deyir ki, Q.Rüstəmov möhtəşəm ifası və öz məzəli söhbətləri ilə daha çox yadımda qalıb. Rəhmətliklə bir xeyli balıq ovuna getmişik. Həm də mən həmin vaxtlar rəhmətlikdən elə ifalar eşitmişəm ki, bəlkə də onları məndən başqa eşidən olmayıb. Belə bir səs çətin ki, bir də gələ.
Xahişimizlə Qismət müəllim Qədirlə bağlı bir xatirəsini bizimlə bölüşdü. Dedi ki, yay idi. Mən istirahət mərkəzində işləyirdim. Eşitdim ki, Qədir yaxınlıqdakı çayda balıq tutur. Yanına gedib nahara dəvət etdim. Sözümü yerə salmadı. Onun üçün dana ətindən kotlet hazırlatdım. İkilikdə nahar etdik.
Nahardan sonra bir kənarda oturub xəyala dalan Qədir qəflətən ucadan və yanıqlı-yanıqlı oxumağa başladı. O qədər yanıqlı və dərdli-dərdli oxuyurdu ki, tüklərimiz biz-biz olmuşdu. Yaxınlıqdakıların hamısı işini saxlayıb ona qulaq asırdı. Ancaq o, birdən başladığı kimi birdən də dayandı. Davam etməsini xahiş etdik. Lakin Qədir zarafata salıb dedi ki, yox, dana kotletinə bu qədər oxumaq bəsdir. Xeyli gülüşdük. Amma yaxşı başa düşürdük ki, o öz dərdini, Qarabağ həsrətini, Ağdam nisgilini mahnı ilə ifadə edir. Dərdini, qəmini ifadə etmək üçün mahnı bir vasitə idi Qədirə. “O, öz ifası ilə dərddə, kədərdə yanır, yandırır, yandırdığı qədər də qandırırdı”.
Rayonda Qədirlə bağlı maraqlı xatirələri olanlar çoxdur. Onlardan biri də Oğuz şəhər sakini Rauf Alızadədir. Rauf bəy söyləyir ki, Qədir müəllim uşaqları çox sevirdi. Saatlarla onlarla söhbət edər, necə oxuduqlarını, hansı peşəni sevdiklərini, hansı filmlərə tamaşa etdiklərini və s. soruşar, hətta onlara mahnı da oxudardı.
Uşaqlara yaxşı oxumağı və ağıllı olmağı məsləhət görərdi. Bir dəfə rayonda yaşayan qaçqınlar üçün ərzaq və geyim paylanırdı. Biz də Qədir müəllimin maşını ilə oradan keçirdik. Qədir müəllim maşını saxladı. İkimiz də maşından düşdük. Bu vaxt o yaxınlıqda oynayan bir neçə yarıçılpaq oğlan uşağı gördü. Onları yanına çağırıb maşının yanına gətirdi. Uşaqlara əyin-baş verməyi tələb etdi. Halbuki bu uşaqlar qaçqın yox, yerli ailələrindən idilər. Qədirin sözündən çıxmayan məsul şəxslər dinməz-söyləməz onun tapşırığını yerinə yetirdilər. O, üzünü uşaqlara tutub dedi ki, gedin bunları əyninizə geyin, sizi bir də çılpaq görməyim. Ata-ananız soruşsa, deyin ki, bunları Qədir əmi alıb.
Məşhur olduğu qədər də sadə olan Q.Rüstəmov qonşuların da rəğbətini qazanmışdı. Keçmiş qonşuları hələ də onun düzlu-məzəli sohbətlərini həsrətlə xatırlayır, böyük sənətkara rəhmət oxuyurlar. Qədir Rüstəmov Oğuzda yaşayan qaçqın ailələri ilə də tez-tez görüşər, onların vəziyyəti ilə maraqlanardı. Özünün imkanı o qədər yaxşı olmasa da, kimin problemi vardısa, qabağa düşüb həll etməyə çalışardı. Deyərdi ki, “darıxmayın, qorxmayın, Qarabağa gedəcəyik”.
Ümummilli liderimiz H.Əliyev tərəfindən Q.Rüstəmova Bakıda ev verilsə də, çox sevdiyi Oğuzdan ayrıla bilmirdi, bir ayağı Oğuzda idi. Yay aylarını isə, demək olar ki, Oğuzda keçirirdi. Köhnə dostları, qonşuları və qaçqın düşmüş həmyerliləri ilə görüşər, onların dərdinə şərik olar və öz köməkliyini göstərərdi.
Qədir müəllim bir dəfə özü haqqında danışanda deyib ki, “Lovğalıq olmasın, deyəsən, mən də özümdən sonra bir iz qoyub gedəcəm”. Dediyi kimi də oldu. O elə bir iz qoydu ki, indi hamı bu izin bənzərsizliyindən xüsusi hörmət və ehtiramla danışır. Onun qoyduğu izlə, yolla, yöntəmlə getmək isə hər müğənninin işi deyil.
Çətin və ağır olsa da, Q.Rüstəmovun ömrünün Oğuzda keçən illəri Oğuzu şərəfləndirdi. Bu gün əfsanəvi xanəndəni canlı görən, mahnılarını dinləyən, onunla həmsöhbət olan oğuzlular şərəf duyur, qürur hissi keçirir, onu böyük hörmət və ehtiramla yad edirlər. “Sona bülbülər”in Qədiri” oğuzluların xatirələrində yaşamaqda davam edir.

Hər şeyə qulp qoşanlar... - "Virtual təəssübkeşlər" kimlərdir? Məşhur aktrisa oğurluğa görə saxlanıldı Peterburqda Opera və Balet Teatrının baş dirijoru təyin edilən ilk azərbaycanlı sənətkar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Avqust 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see388

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see202

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see194

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see133

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see132

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see132

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see131

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri