Luis Dias Hakimiyə qarşı kobudluğa görə Çempionlar Liqasının üç oyununu buraxacaq
Icma.az bildirir, Idman.biz portalına istinadən.
UEFA “Bavariya”nın hücumçusu Luis Diası Çempionlar Liqasının ümumi mərhələsində PSJ ilə oyun zamanı fransızların müdafiəçisi Əşrəf Hakimiyə qarşı kobudluq etdiyinə görə Çempionlar Liqasının üç oyunundan kənarlaşdırıb.
İdman.Biz-in xəbərinə görə, jurnalist Kristian Falk bu barədə özünün X sosial media səhifəsində məlumat verib.
Mənbənin məlumatına görə, Münhen klubu oyunçunun bir oyunluq diskvalifikasiya olunacağını gözləyirmiş. Nəticədə, alman nəhəngi UEFA-nın qərarı üçün yazılı əsaslandırma tələb edib. “Bavariya” apelyasiya şikayəti vermək niyyətindədir.
Hücumçu yanvar ayının sonuna qədər Çempionlar Liqasında klubun heyətində oynaya bilməz.
Dias, Hakimiyə qarşı kobudluq etdiyinə görə, 45-ci dəqiqədə qırmızı vərəqə alıb. PSJ müdafiəçisinə topuq nahiyəsində burxulma diaqnozu qoyulub. Oyun isə 2:1 hesabı ilə “Bavariya”nın qələbəsi ilə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 22 Noyabr 2025 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















