Lukaşenko: Belarusla Azərbaycan arasındakı xoşniyyətli münasibətlər ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Milli.Az xəbər verir ki, Belarus Prezidenti məktubunda bildirib: "Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək".
Aleksandr Lukaşenko bu əlamətdar bayram günündə dövlətimizin başçısına möhkəm cansağlığı və planlarının uğurla həyata keçməsində uğurlar, ölkəmizin əhalisinə sülh və əmin-amanlıq arzulayıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 25 Mart 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















