Lukaşenko parad üçün Moskvaya gedəcək
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvada keçiriləcək Qələbə Günü paradında iştirak etmək planlarını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Pul Pervogo” teleqram kanalı məlumat verib.
Kanalın məlumatına görə, Belarus lideri Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında paradda iştirak etmək niyyətini təsdiqləyib.
“Lukaşenko Moskvada keçiriləcək Qələbə Günü paradında iştirakını təsdiqləyib”, - nəşr bildirib.
Rusiya və Belarus prezidentləri arasında telefon danışığı aprelin 12-də baş tutub. Dövlət başçıları bir-birini Pasxa bayramı münasibətilə təbrik edib, ikitərəfli əməkdaşlığın cari məsələlərini və bir sıra beynəlxalq mövzuları müzakirə ediblər.
Baxış sayı:122
Bu xəbər 12 Aprel 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















