Lukaşenko Trampın iddialarını tənqid edib: “Qrenlandiya nəyinə lazımdır?”
“Bunlar heç vaxt həyata keçirilməyəcək saxta bəyanatlardır”
Belarus Prezidenti Aleksandr Lukaşenko Ağ Evin yeni rəhbəri Donald Trampın Kanada və Qrenlandiyanın ABŞ-a birləşməsi barədə bəyanatlarını mediada rezonans yaratmaq cəhdi adlandırıb.
AYNA BELTA-ya istinadən xəbər verir ki, bu barədə Lukaşenko Minsk Avtomobil Zavodunun işçiləri ilə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, “bunlar heç vaxt həyata keçirilməyəcək saxta bəyanatlardır”.
“Hamısı mediada ajiotaj yaratmaq üçündür. Sabah isə çıxıb deyəcək: “Kanada 51-ci ştat olmasa, ona nüvə bombası atacağam”. O, bunu edəcək? Və ya deyəcək ki, "sabah Qrenlandiyanı alacam". Niyə, ona ehtiyacı var? Qrenlandiya nəyinə lazımdır?”, - deyə Lukaşenko vurğulayıb.
Belarus Prezidenti hesab edir ki, Birləşmiş Ştatlar “nə kanadalılar, nə də meksikalılar tərəfindən küsəyən” siyasət yürütməlidir.
Lukaşenko əlavə edib ki, siyasət ciddi olmalıdır və bu cür “saxtalıqlar ölkəyə etibarı artırmır”.