Lukaşenkonu devirmək terror cəhdləri ilə bağlıdır
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun istefaya göndərilməsi cəhdləri açıq-aşkar terror taktikasına çevrilib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin baş diplomatı Maksim Rıjenkov bildirib.
"Belarusa qarşı bu cür təxribat xarakterli hərəkətlər 2020-ci il prezident seçkilərindən əvvəl başlayaraq dörd ildən artıqdır ki, davam edir. Biz bilirik ki, öz siyasətini müstəqil şəkildə müəyyən edən Belarus dövlətinin yaranmasından dərhal sonra, hakimiyyəti devirmək üçün çoxsaylı cəhdlər edilib. Bu açıq-aşkar terror taktikasıdır”, - deyə o qeyd edib.
Belarus xarici işlər nazirinin sözlərinə görə, xarici ölkələr qondarma hüquq müdafiəçilərini vətəndaş itaətsizliyi aksiyaları keçirməyə təşviq edir.
Türkan İSGƏNDƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 22 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















