Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Suverenlik təntənəsindən modern quruculuğa

Suverenlik təntənəsindən modern quruculuğa

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

YAP-ın qurultayı cəmiyyəti məsul hədəflərə yönləndirdi

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkəmizin siyasi tarixində mühüm mərhələyə təsadüf edib. Qurultayın Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsi onun siyasi çəkisini müəyyən edən əsas amillərdəndir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin oktyabrın 2-də səsləndirdiyi nitq ölkənin keçdiyi yolu, əldə olunan nəticələri və qarşıdakı dövrün əsas istiqamətlərini vahid dövlətçilik baxışı daxilində təqdim edib.

Çıxışın ümumi məntiqində aydın bir xətt görünür: Azərbaycan qarşısında dayanan tarixi vəzifələrin böyük hissəsini həll edib və indi həmin nəticələrin davamlılığını təmin edən güc modelini möhkəmləndirir. Ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması yeni dövrün siyasi əsasını formalaşdırıb. Qarşıdakı mərhələ bu tarixi nəticələrin təhlükəsizlik, iqtisadi inkişaf, sosial rifah və beynəlxalq mövqelərin güclənməsi ilə tamamlanmasını tələb edir.

Prezident İlham Əliyevin nitqində Yeni Azərbaycan Partiyasının yaranmasından bu günədək keçilən yolun tarixi ardıcıllıqla təqdim olunması dövlətçilik ənənəsinin davamlılığını göstərir. Partiyanın təsis edilməsi, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və iqtisadi sabitliyin yaradılması sonrakı mərhələlərin siyasi bazasını formalaşdırıb.

Dövlət başçısının “Ulu öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri bu ardıcıllığın mahiyyətini ifadə edir. Dövlətçilik kursunun əsas prinsipləri – müstəqil qərarvermə, milli maraqların üstünlüyü, iqtisadi dayanıqlılıq, güclü müdafiə potensialı və daxili imkanlara arxalanmaq – müxtəlif tarixi mərhələlərdə yeni məzmun qazanaraq davam etdirilib.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ölkənin siyasi tarixində həlledici dönüş yaradıb. Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində əsas tarixi vəzifəni yerinə yetirib. 2023-cü ilin sentyabrında dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin olunması isə prosesin siyasi və hüquqi bütövlüyünü tamamlayıb. Beləliklə, 8 Noyabr və 20 Sentyabr müasir Azərbaycan tarixinin bir-birini tamamlayan iki mühüm mərhələsinə çevrilib.

Bu reallıq YAP-ın VIII Qurultayında təhlükəsizlik məsələlərinin ön plana çıxmasını izah edir. Prezident İlham Əliyevin hərbi gücün artırılmasını qarşıdakı dövrün əsas vəzifələri sırasında göstərməsi dəyişən beynəlxalq şəraitlə səsləşir. Münaqişələrin genişləndiyi və təhlükəsizlik mexanizmlərinin ciddi sınaqlarla üzləşdiyi bir zamanda dövlətin müdafiə imkanları suveren qərarvermə qabiliyyətinin əsas dayaqlarından biri kimi çıxış edir. Gələn ilin büdcəsində hərbi və təhlükəsizlik istiqamətinə 9 milyard manata yaxın vəsaitin nəzərdə tutulması da bu siyasətin ardıcıl xarakterini göstərir.

Prezidentin çıxışında təhlükəsizlik anlayışının ideoloji müstəviyə qədər genişləndirilməsi ayrıca diqqət çəkir. İnternet, sosial şəbəkələr, kiberhücumlar və süni intellekt texnologiyaları informasiya mühitini sürətlə dəyişir. Belə şəraitdə milli düşüncənin, dövlətçilik şüurunun və cəmiyyətin ideoloji dayanıqlılığının qorunması daha böyük əhəmiyyət qazanır. Prezident İlham Əliyevin təhsil və vətənpərvərliyi bu sahənin mühüm dayaqları sırasında göstərməsi həmin yanaşmanın tərkib hissəsidir. Dövlət başçısı, eyni zamanda, şablon və formal yanaşmalardan uzaqlaşmağın, Azərbaycan reallıqlarının müasir kommunikasiya imkanları vasitəsilə, xüsusilə gənc nəslə düzgün çatdırılmasının vacibliyini önə çəkib.

VIII Qurultaydakı nitqin digər əsas xətti Azərbaycanın xarici siyasət imkanlarının genişlənməsi ilə bağlıdır. Prezident İlham Əliyev bir sıra tanınmış ekspert və təhlilçilərin Azərbaycanı artıq “orta güc” dövlətləri sırasında göstərdiyini qeyd edib. Müasir beynəlxalq münasibətlər sistemində bu anlayış iqtisadi imkanlar, müdafiə potensialı, enerji resursları, nəqliyyat infrastrukturu, diplomatik manevr imkanları və müstəqil qərarvermə qabiliyyəti ilə bağlı geniş məzmun daşıyır.

Azərbaycanın müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qurduğu münasibətlər də bu mənzərənin tərkib hissəsidir. Çinlə hərtərəfli strateji tərəfdaşlıq, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya, Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq münasibətləri, İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatında iştirak və Mərkəzi Asiya istiqamətində genişlənən əlaqələr ölkənin çoxşaxəli xarici siyasət imkanlarını əks etdirir. Burada əsas xətt münasibətləri milli maraqlar və suveren qərarvermə prinsipi əsasında qurmaqdır.

İqtisadi müstəqillik həmin siyasi sərbəstliyin maddi bazasını yaradır. Prezidentin açıqladığı göstəricilər Azərbaycanın maliyyə və investisiya imkanlarının miqyasını göstərir. Son iki Beynəlxalq İnvestisiya Forumunda imzalanan sazişlərin ümumi həcmi 20 milyard dolları ötüb. Xarici borc ümumi daxili məhsulun 5,6 faizini təşkil edir, valyuta ehtiyatları isə 90 milyard dollara çatıb. Bu göstəricilər iqtisadi dayanıqlılığın uzunmüddətli dövlət siyasətində tutduğu yeri aydın göstərir.

Enerji və nəqliyyat imkanları iqtisadi potensialı geosiyasi imkanlarla birləşdirir. Azərbaycan enerji resurslarının istehsalı və ixracı ilə yanaşı, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat marşrutlarında mühüm mövqeyə malikdir. Bu il ölkə ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatacağı gözlənilir, orta müddətli hədəf isə 30 milyon ton müəyyən edilib. Orta Dəhliz və Şimal-Cənub Dəhlizi üzrə yaradılan imkanlar Azərbaycanın regional əlaqələndirici rolunu genişləndirir.

Böyük Qayıdış prosesi suverenliyin sosial və iqtisadi məzmununu daha aydın göstərir. Prezidentin açıqladığı məlumata əsasən, Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. Bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub. Yol, enerji, təhsil, səhiyyə və yaşayış infrastrukturu genişləndikcə, azad edilmiş ərazilər ölkənin ümumi sosial-iqtisadi sisteminə daha sıx inteqrasiya olunur.

Sosial siyasətlə bağlı səslənən fikirlər də ümumi inkişaf konsepsiyasının tərkib hissəsidir. Gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılmasının nəzərdə tutulması iqtisadi imkanlarla sosial rifah arasında əlaqənin qorunduğunu göstərir. Dövlətin gücü makroiqtisadi göstəricilərlə yanaşı, həmin imkanların vətəndaşın həyat şəraitində hiss olunması ilə də ölçülür.

Prezident İlham Əliyevin qurultaydakı nitqinin ümumi siyasi məntiqini “suverenliyin məsuliyyəti” anlayışı ətrafında ümumiləşdirmək mümkündür. Azərbaycan ərazi bütövlüyünü bərpa edib, dövlət suverenliyini bütün ölkə ərazisində təmin edib və yeni geosiyasi şəraitdə fəaliyyət imkanlarını genişləndirib. Qarşıdakı dövrün əsas məzmunu bu tarixi nəticələri uzunmüddətli təhlükəsizliyə, iqtisadi dayanıqlılığa, sosial inkişafa və daha geniş beynəlxalq imkanlara çevirməkdir.

Bu baxımdan Prezident İlham Əliyevin 2 oktyabr nitqi keçilmiş yolun yekunları ilə gələcəyin vəzifələri arasında siyasi ardıcıllıq yaradır. Zəfərin yaratdığı imkanların uzunmüddətli inkişaf modelinə çevrilməsi, təhlükəsizliklə iqtisadiyyatın, ideoloji dayanıqlılıqla xarici siyasətin, Böyük Qayıdışla sosial rifahın vahid dövlətçilik konsepsiyası daxilində uzlaşdırılması çıxışın əsas məzmun xətlərindəndir. Güclü dövlət, möhkəm suverenlik, iqtisadi dayanıqlılıq və milli maraqlara söykənən müstəqil siyasət Azərbaycanın yeni siyasi üfüqlərinin əsas koordinatlarını müəyyənləşdirir.

Aygül BAĞIROVA,
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2026 01:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see669

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see637

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see635

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see505

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see466

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see448

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see425

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see398

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see352

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see347

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see344

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see334

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see330

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see327

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see325

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see321

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see315

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see314

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see309

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see291
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri