Lukaşenkoya səs verməyənlər həbsxanaya sığarmı? Polşa XİN rəhbəri
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Polşanın xarici işlər naziri Radoslav Sikorski Belarusda keçirilən və Aleksandr Lukaşenkonun böyük fərqlə qalib gəldiyi prezident seçkilərini sərt şəkildə şərh edib.
"Unikal" xəbər verir ki, siyasətçi bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Belarusların yalnız 86,82%-i “atalarını” sevir. Qalanları həbsxanalara sığarmı?" – deyə Sikorski istehza ilə yazıb.
İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir. Yekun məlumatları fevralın 3-də Belarus Mərkəzi Seçki Komissiyası elan edəcək.
70 yaşlı Lukaşenko Belarusun ilk və hazırda yeganə prezidentidir - əslində o, bu vəzifəni 1994-cü il iyulun 20-dən tutur. Lukaşenko 1994, 2001, 2006, 2010, 2015, 2020 və 2025-ci illərdə keçirilən prezident seçkilərində iştirak edib və qalib gəlib.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 Yanvar 2025 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















