Icma.az
close
up
RU
“Lukoil”in Azərbaycandakı biznesi də təhlükədədir?

“Lukoil”in Azərbaycandakı biznesi də təhlükədədir?

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın “Rosneft” və “Lukoil” şirkətlərinə sərt sanksiyalar tətbiq etməsi Rusiyanın enerji sektoruna son illərin ən güclü zərbələrindən biri hesab edilir. Yeni məhdudiyyətlər təkcə Kremlin ixrac gəlirlərini ciddi şəkildə azaltmaqla qalmır, həm də qlobal neft ticarətində balansı dəyişdirə bilər.

Oktyabrın 21-də elan edilən sanksiyalarla “Lukoil” və “Rosneft”in xaricdəki əməliyyatlarına, o cümlədən dollar üzərindən hesablaşmalara məhdudiyyət qoyulub. Analitiklərin fikrincə, bu qərar Rusiyanın gündəlik 4,4 milyon barrel həcmində olan neft ixracını azı yarıbayarı azalda bilər. “Lukoil”in beynəlxalq layihələrdə iştirakı və geniş satış şəbəkəsi nəzərə alındıqda, şirkətin xaricdəki gəlir mənbələrinin əhəmiyyətli dərəcədə zəifləyəcəyi gözlənilir.

Nüfuzlu mənbələrin təhlillərinə görə, sanksiyalar “Lukoil”i bir çox xarici aktivlərini ucuz qiymətə satmağa və Avropaya neft tədarükünü müvəqqəti dayandırmağa məcbur edə bilər. 

Bu qərarın təsirləri artıq Avropada hiss olunur. Finlandiyanın “Neste” şirkəti “Lukoil”in törəmə müəssisəsinə yanacaq tədarükünü dayandırıb, Rumıniya hökuməti isə şirkətin “Petrotel” neft emalı zavodunu satmağı tələb edib. Bolqarıstan və Niderlandda da “Lukoil”in aktivlərinin satışa çıxarılması gündəmdədir.

Azərbaycan üçün isə vəziyyət xüsusi diqqət doğurur. “Lukoil Azerbaijan” ölkədə ikinci ən iri yanacaqdoldurma şəbəkəsinə sahibdir və “Azəri–Çıraq–Günəşli” layihəsində 10%, “Şahdəniz” qaz yatağında isə 19,99% paya malikdir. Hələlik şirkətin yerli törəmə qurumu sanksiyalar siyahısına salınmayıb, lakin ana şirkətə qarşı qadağalar onun maliyyə əməliyyatlarını və beynəlxalq hesablaşmalarını çətinləşdirə bilər.

Belə şəraitdə Azərbaycanın “Lukoil”in yerli aktivlərinin bir hissəsini alması ilə bağlı təkliflər səsləndirilir.

Modern.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban bildirib  ki, “Lukoyl Azərbaycan”ın Azərbaycan tərəfindən alınması məsələsi hazırda gündəm deyil:

“Sanksiyaların səbəbi aydındır. Bu sanksiyalar Ukrayna ilə müharibənin dayandırılmasında Moskvanın atdığı addımların nəticəsidir. O da  dünyanın yenidən bölünməsində ABŞ ilə birlikdə özünə qane edəcək pay istəyir. Məsələnin kökü bundadır. ABŞ-nin 22 oktyabrda imzaladığı sanksiyalar noyabrın 21-də qüvvəyə minəcək. Putin sanksiyalardan sonra demişdi ki, biz onsuz da sanksiyalara öyrəşmişik, bundan yan keçməyi bacarırıq. Tramp da dedi ki, o Avropanın sanksiyasıydı, indi gör, mənim sanksiyamın sənə təsiri olacaq, yoxsa yox. Hələki “Lukoyl”un Rusiyadan sonra ən böyük layihəsi İraqdadır. Daha sonra Qazaxıstan, Özbəkistan və nəhayət Azərbaycandadır.  Uzun məsələdir. Bu layihələrdən çıxması, onlara da sanksiya tətbiq edilməsi məsələsi gündəmdə deyil”.

İ.Şaban vurğulayıb ki, “Lukoyl”un törəmə şirkətlərinə sanksiya Rusiyanın kəskin ankoqonist qarşıdurmaya getməsi ilə mümkün ola bilər: “Ağ Ev Rusiya ilə Ukraynadakı müharibəni mövcud təmas xətti qorunmaqla dayandıra biləcəyinə ümid edir. Ona görə də “Lukoyl”un törəmə şirkətlərinə sanksiyalar hələ gözləinilmir. Əgər yox, Rusiya  tamamilə kəskin ankoqonist qarşıdurmaya getsə, bu, ola bilər. Hər zamanın bir hökmü var, ona görə zamanı qarşılamayaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri