Icma.az
close
up
RU
Lüks həyatın arxasındakı reallıq Bakıdakı milyonluq villaları kimlər alır?

Lüks həyatın arxasındakı reallıq Bakıdakı milyonluq villaları kimlər alır?

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının bahalı ərazilərində elə villalar satışdadır ki, qiymətlər insana nağıl kimi gəlir - 5, 9, hətta 12 milyon manata. Bu məbləğə xaricdə malikanə, yaxta və bir ömürlük rahatlıq almaq mümkündür, amma Bakı bazarında belə evlər üçün alıcılar tapılır. Şəhərin mərkəzinə yaxın, dəniz mənzərəli və xüsusi dizaynla tikilən bu villalar “lüks həyatın yeni üzü” kimi təqdim olunur.

Amma sual yaranır: bu qədər pulu kim və nə üçün belə evlərə xərcləyir? Əmlak bazarında bu seqmentin real dəyəri varmı, yoxsa bu sadəcə bir dəb yaraışıdır.

Mövzu ilə bağlı “Yeni Sabah” danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, belə villaların qiyməti real hesab edilmir: pizza

“Belə villaların qiyməti real sayılmır. 12-15 milyona satılan villaları yer, tikintidə istifadə olunan materiallar, brend, tikinti keyfiyyəti baxımından müqayisə etsək, həmin qiymətə 3 ədəd belə villa tikdirmək olar. Mən düşünürəm ki, bu tip villalar bazarda ayrıca seqmentdir və daşınmaz əmlak bazarında gedən proseslərə təsir etmir. Bunlar aktual və real seqment deyil. İkincisi, onlar likvit predment deyil, çünki həmin villaların bir çoxları vaxtilə qiymətləndiriclər tərəfindən yüksək qiymətləndirilərək banklara girov qoyulub”.

V.Orucun sözlərinə görə, boş torpaq sahəsi alıb yeni villa inşa etmək daha sərfəlidir:

“O villaları bazarda satmaq, itirilmiş mənfəəti bərpa etmək, zərəri ödəmək mümkün olmur. Bu baxımdan, bahalı villaları almaqdansa, eyni tipdə torpağa sahib olub, yenisini tikdirmək daha ucuz başa gəlir. Belə olanda villaları şəxsi zövqə uyğun layihələdirmək, keyfiyyətli tikinti və təmir işləri aparmaq da asan olur. Bu daha əlverişlidir”.

Ekspert vurğulayıb ki, daşınmaz əmlak bazarı dünyada çox vaxt mənşəyi bəlli olmayan pulların yuyulması obyekti kimi də qəbul olunur:

“Yəni bu gün kimsə özünə mənzil alırsa, onu kirayə verirsə, bu, normal biznesdir, tələbatdır, amma belə milyonluq obyektlərin bir addan başqa ada keçməsi daha çox manipulyasiya xarakteri daşıyır. Azərbaycanda da yəqin ki, hər hansı böyük əmlakların milyonlarla manata alınması bu pulların daşınmaz əmlaka qoyulması məqsədi daşıya bilər. Hesab edirəm ki, investor üçün bu, o qədər də maraqlı deyil, çünki iqtisadi baxımdan kiçik sahəli mənzilləri alıb kirayə vermək daha sərfəlidir. Bunun Bakı şəhərində aktiv, dinamik bazarı var. Böyük villaları alıb passiv şəkildə saxlamaq investora sərf etmir. Ümumiyyətlə, daşınmaz əmlak bazarı aktiv gəlir gətirən bazar deyil, hər hansı obyekti alıb kirayə vermək stabil gəlir gətirir və bu, passiv biznes hesab olunur. Hər hansı milyonluq villanı alıb ildən ilə onun qiymətinin qalxmasını gözləmək biznes təfəkkürü deyil. Çünki obyektlər bahalaşdıqca paralel şəkildə infilyasiya da gedir.

İnvestisiya baxımından milyonluq villalar almaq sərfəli deyil, əgər prestij məqsədi ilə bu tip evlər alınırsa, bu da əlverişli sayılmır, çünki eyni villaları torpaq sahəsi alaraq tikmək daha ucuz başa gəlir”.

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri