Icma.az
close
up
RU
Lüksemburq Deputatlar Palatasının Azərbaycanla bağlı qətnaməsi beynəlxalq səviyyədə qınanılmalıdır ŞƏRH AZƏRTAC

Lüksemburq Deputatlar Palatasının Azərbaycanla bağlı qətnaməsi beynəlxalq səviyyədə qınanılmalıdır ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 noyabr, AZƏRTAC

Lüksemburq Deputatlar Palatasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə qəbuledilməzdir. Qətnamədə Azərbaycan əleyhinə əsassız iddialar yer almaqla yanaşı, ölkəmizdə keçirilən seçkilər haqqında böhtan dolu fikirlər verilib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu ilin yanvar ayında Azərbaycan nümayəndə heyəti haqqında qəbul etdiyi qanunsuz qərara Lüksemburqu qurumda təmsil edən deputatlar da səs verib: “Haqlı olaraq, dövlətimiz həmin qərara səs verən AŞPA-nın 76 deputatını, o cümlədən lüksemburqlu deputatlar Oktavi Moder və İv Kruxteni “persona non-qrata” elan edib. Lüksemburq parlamentinin qəbul etdiyi qətnamədə bu deputatlar haqqında qərarın ləğv edilməsinə “çağırış” olunur. Lakin Luksemburqlu deputatlar AŞPA kimi özünü “demokratik” təsisat hesab edən bir qurumda Avropa Şurasının daxili prosedurlarını kobud şəkildə pozaraq, birtərəfli qaydada Azərbaycandan olan parlamentarilərin etimadnaməsini tanımasının əleyhinə səs verdilər. Onlar sözügedən qətnaməni dəstəkləməklə, ölkəmizə qarşı riyakarlıq və siyasi ikiüzlülük göstərdikləri üçün layiqli cavabı almalı idilər.

Dövlətimizin başçısının dediyi kimi, bizə heç kim heç nəyi diktə edə bilməz, biz nəyi, nə zaman, necə icra etməyi özümüz yaxşı bilirik. Ölkəmizin beynəlxalq arenada nüfuzu, gücü elə ona qarşı haqsız ittihamlar, dezinformasiyalar yayan qurumlara layiqli və yerində cavab verməsindən irəli gəlir. COP29 zamanı Kiçik ada dövlətlərinin Liderlər Sammitində Qlobal Cənubdan olan dövlət başçıları Qlobal Cənubun maraqlarını ifadə edən, Qərbin riyakarlığını ifşa edən lider İlham Əliyevi dəqiqələrlə alqışladılar”.

Azərbaycanda azad, təşəbbüskar, inkluziv vətəndaş cəmiyyətinin formalaşdığına diqqət çəkən P.Vəliyeva deyib: “Bütün dünya COP29 zamanı müxtəlif formatlı, hətta kifayət qədər tənqidi mövqedə olan vətəndaş cəmiyyətinin aksiyalarını məhz Azərbaycanda izlədi. Əminəm ki, onlara COP29-a gəlmədən öncə danışılan yalan məlumatlarla burada gördükləri mənzərə arasında uçurum qədər fərq müşahidə ediblər. İştirakçıların vətəndaş cəmiyyəti üçün yaradılan inkluziv şəraitdən məmnun qaldıqlarını deyə bilərik. COP29 Sədrliyi həm Mavi zonada, həm də Yaşıl zonada QHT-lər üçün xüsusi pavilyon ayrılmasına dəstək oldu. Eyni zamanda, konvensiya katibliyinə müraciət etməklə, bir çox QHT, həmçinin Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələri Mavi zonada müəyyən olunan yerlərdə aksiyalar keçirə bildilər. Beləliklə, COP29 bütün maraqlı tərəflərin səslərinin eşidildiyi platforma kimi yadda qaldı. Bu, ən yaxşı təcrübə idi”.

Deputat hesab edir ki, qlobal iqlim böhranı ilə mübarizəyə öz töhfəsini gözləniləndən artıq verən Azərbaycanı alqışlamaq əvəzinə Luksemburq Nümayəndələr Palatasının və Avropa Parlamentinin konfransa heç bir aidiyyəti olmayan məsələlərlə Azərbaycanın uğuruna kölgə salmağa cəhdlər göstərməsi beynəlxalq səviyyədə qınanılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri