Lunyev yenə hoqqa çıxardı
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabiq futbolçu Aleksandr Bubnov Moskva “Dinamo”sunun qapıçısı Andrey Lunyevin Rusiya Premyer Liqasının 8-ci turunda “Spartak” ilə oyunundakı (2:2) çıxışını dəyərləndirib. SİA xəbər verir ki, Bubnov “Qarabağ”ıns abiq qapıçısının səhvə yol verdiyini bildirib. “Deməliyəm ki, hamı sakitləşsin, Zaynutdinovun bunda heç bir günahı yoxdur, səhv Lunyevindir. Lunyev növbəti dəfə hoqqa çıxardı. yenə qarışdı. Hara qaçırdı? getdi? O, müdafiəçiyə toxunur, top Allah bilir haradadır. Bəs sən hara gedirsən? Onu sənə necə qaytaracaq?” Bubnov “Comment.Show” YouTube kanalında bildirib.

