Icma.az
close
up
RU
Lütfü Qədirovun ailəsinə dələduzluq edən şəxslərdən xəbər var FOTO

Lütfü Qədirovun ailəsinə dələduzluq edən şəxslərdən xəbər var FOTO

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət nəfəs alətləri orkestrinin sabiq bədii rəhbəri Lütfi Qədirovun ailəsinə qarşı dələduzluq etməkdə təqsirli bilinən Xanlar Məlikov və Əlifəttah Əliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.    

Şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. 

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 10-na təyin edilib.

Qeyd: Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin uzun illər bədii rəhbəri olmuş Lütfi Qədirov və Orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova külli miqdarda dələduzluqda ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lütfi Qədirov 11 il azadlıqdan məhrum edilib, Nəzakət Zairovaya isə şərti cəza verilib.

İş üzrə istintaq dövründə Lütfi Qədirova daha yüngül cəza təyin olunması və ya həbsdən azad edilməsinə kömək etməsi üçün ailəsi tərəfindən əvvəllər hüquq-mühafizə orqanlarında işləmiş Xanlar Əliyevə 52 500 manat pul verilib.

Razılaşmaya görə, Lütfü Qədirov azadlığa buraxılacağı halda Xanlar Əliyevə daha 50 min manat veriləcəkmiş.

İstintaq zamanı məlum olub ki, Lütfü Əliyevin qardaşı Şirxan Qədirov Xanlar Əliyevlə sinif yoldaşı Əlifəttah Əliyev vasitəsi ilə tanış olub.

Lütfü Qədirov 11 il azadlıqdan məhrum edildikdən sonra ailəsi dələduzluqla üzləşmələri barədə prokurorluğa müraciət edib.

Xanlar Məlikov və Əlifəttah Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xanlar Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib. Əlifəttah Əliyevə isə 8 min manat cərimə cəzası təyin olunaraq şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsin dövlət ittihamçısının protestini əsaslı hesab edib. İttiham olunan Əlifəttah Əliyev barəsində 8 min manat cərimə edilərək şərti cəza təyin olunması ilə bağlı hökm ləğv olunub. Qərara əsasən, Əlifəttah Əliyevə 5 il 6 ay həbs cəzası verilib. O, məhkəmə zalında həbs olunub. Müdafiə tərəfinin şikayətləri isə təmin olunmayıb. Daha sonra onlar kasssaisy şikayəti ilə Ali Məhkəməyə müraciət edib, lakin şikayətlərini geri götürüblər. Ali Məhkəmədə yenidən baxılan iclasda bildirib ki, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib./Pravda.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Dekabr 2024 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri