Icma.az
close
up
RU
Lütfü Qədirovun ailəsinə dələduzluq edən şəxslərlə bağlı QƏRAR KONKRET

Lütfü Qədirovun ailəsinə dələduzluq edən şəxslərlə bağlı QƏRAR KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Ali Məhkəmədə Azərbaycan Dövlət nəfəs alətləri orkestrinin sabiq bədii rəhbəri Lütfi Qədirovun ailəsinə qarşı dələduzluq etməkdə təqsirli bilinən Xanlar Məlikov və Əlifəttah Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.    

KONKRET.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin uzun illər bədii rəhbəri olmuş Lütfi Qədirov və Orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova külli miqdarda dələduzluqda ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lütfi Qədirov 11 il azadlıqdan məhrum edilib, Nəzakət Zairovaya isə şərti cəza verilib.İş üzrə istintaq dövründə Lütfi Qədirova daha yüngül cəza təyin olunması və ya həbsdən azad edilməsinə kömək etməsi üçün ailəsi tərəfindən əvvəllər hüquq-mühafizə orqanlarında işləmiş Xanlar Əliyevə 52 500 manat pul verilib.Razılaşmaya görə, Lütfü Qədirov azadlığa buraxılacağı halda Xanlar Əliyevə daha 50 min manat veriləcəkmiş.

İstintaq zamanı məlum olub ki, Lütfü Əliyevin qardaşı Şirxan Qədirov Xanlar Əliyevlə sinif yoldaşı Əlifəttah Əliyev vasitəsi ilə tanış olub.

Lütfü Qədirov 11 il azadlıqdan məhrum edildikdən sonra ailəsi dələduzluqla üzləşmələri barədə prokurorluğa müraciət edib.

Xanlar Məlikov və Əlifəttah Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xanlar Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib. Əlifəttah Əliyevə isə 8 min manat cərimə cəzası təyin olunaraq şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsin dövlət ittihamçısının protestini əsaslı hesab edib. İttiham olunan Əlifəttah Əliyev barəsində 8 min manat cərimə edilərək şərti cəza təyin olunması ilə bağlı hökm ləğv olunub. Qərara əsasən, Əlifəttah Əliyevə 5 il 6 ay həbs cəzası verilib. O, məhkəmə zalında həbs olunub. Müdafiə tərəfinin şikayətləri isə təmin olunmayıb. Daha sonra onlar kasssaisy şikayəti ilə Ali Məhkəməyə müraciət edib, lakin şikayətlərini geri götürüblər. Ali Məhkəmədə yenidən baxılan iclasda bildirib ki, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib./pravdaaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Dekabr 2024 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see262

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see155

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see131

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see125

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri