Icma.az
close
up
RU
“Luvrda tarixi oğurluq: 88 milyon avroluq zinət əşyaları yoxa çıxdı, oğruların yarısı tutuldu“ Fransa KİV ləri

“Luvrda tarixi oğurluq: 88 milyon avroluq zinət əşyaları yoxa çıxdı, oğruların yarısı tutuldu“ Fransa KİV ləri

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Paris polisi iki şübhəlini yaxalayıb, lakin Luvr muzeyindən oğurlanan imperatriçaların zinət əşyaları hələ də tapılmayıb..."

Fransada bütün dünyanın diqqətini cəlb edən Luvr oğurluğu işində iki nəfər saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" nəşri məlumat yayıb.

Oğruların izi hava limanında tapıldı

Qəzetinin yazdığına görə, onlardan biri 25 oktyabr axşamı Parisin "Şarl de Qoll" hava limanında - Əlcəzairə uçmaq istərkən, digəri isə Sen-Sen-Deni rayonunda tutulub.

Onların hər ikisi "təşkil olunmuş oğurluq" və "cinayətkar dəstədə iştirak" ittihamı ilə həbs olunub. Oğruların hər ikisi əvvəllər də oğurluq cinayətlərinə görə polisin məlumat bazasında olub. Paris prokuroru Lor Bekko saxlanmaları təsdiqləyərək, istintaq məlumatlarının vaxtından əvvəl mətbuata sızmasını tənqid edib.

Polis əməliyyatını banditizmə qarşı mübarizə briqadası (BRB) həyata keçirib. Əməliyyata 100-dən çox istintaqçı və sərhəd polisi cəlb olunub. Videomüşahidə kameraları vasitəsilə oğruların hərəkət trayektoriyası müəyyənləşdirilib və onların daha iki şərikinin axtarışı davam edir.

İzlər muzeyin içindən çıxır

İstintaqın ilkin versiyasına görə, Luvrun təhlükəsizlik xidməti ilə oğrular arasında əlaqə ola bilər. "The Telegraph" bildirir ki, bəzi mühafizəçilərin cinayətkarlara muzeyin zəif nöqtələri barədə məlumat ötürməsi ehtimalı araşdırılır. Məhz bu səbəbdən dörd nəfərlik qrup muzeyin ən qorunan hissələrindən birinə - Apollon Qalereyasına daxil olub və cəmi yeddi dəqiqəyə "izsiz" çıxıb.

Hadisə 19 oktyabr səhəri baş verib: iki nəfər tikinti işləri üçün quraşdırılmış liftli nərdivandan qalxaraq pəncərədən içəri daxil olub, daha iki nəfər isə skuter üzərində aşağıda onları gözləyib. Onlar iki vitrin qıraraq doqquz qədim zinət əşyasını aparıblar.

Bu kolleksiya Fransa imperatriçalarına - Mari-Luiza, Mari-Amaliya, Hortensiya de Boarn və imperatriça Evgeniyaya aid olub. Tiaralar, sırğalar, boyunbağılar və broşlardan ibarət bu əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir.

Oğurluqdan bir gün sonra Fransa hakimiyyəti araşdırmaya keçmiş ŞABAK rəhbəri Yaakov Perinin israilli təhlükəsizlik şirkəti "CGI Group"u da cəlb edib. Bu addım Parisin korrupsiya risklərindən uzaq dayanmaq və beynəlxalq səviyyədə etibarlı istintaq aparmaq niyyətini göstərir.

Qiymətli irs "Bank of France" anbarına köçürüldü

Hadisədən sonra Luvrun qalan qiymətli eksponatlarının bir hissəsi müvəqqəti olaraq Fransa Bankının 26 metr dərinlikdə yerləşən əsas yeraltı anbarına köçürülüb. Bu, ölkənin qızıl ehtiyatının 90 faizinin saxlandığı xüsusi məkandır.

Əvvəllər orada Leonardo da Vinçinin 600 milyon avro dəyərində "Qeydlər dəftərləri" də mühafizə olunub. Ekspertlər bu addımı "istisna hal" kimi dəyərləndirirlər. Luvr rəhbərliyi və Fransa Bankı məsələyə şərh verməkdən imtina edib.

Fransada muzeylərə qarşı yeni dalğa

Luvr hadisəsi təkcə bir oğurluq kimi qalmayıb - artıq ölkə üzrə oxşar cinayətlərin dalğası müşahidə olunur. Həmin gecə Denis Didro Muzeyindən XVIII-XIX əsrə aid iki minə yaxın qızıl və gümüş sikkə oğurlanıb, sentyabrda isə Limodakı Milli Adrien Dubuşe Muzeyindən 9,5 milyon avro dəyərində Çin porselenləri aparılıb.

Ekspertlərin fikrincə, bu hadisələr bir-biri ilə əlaqəli ola bilər. Hər üç oğurluğun peşəkar şəkildə planlaşdırıldığı və Avropa üzrə antikvar qaçaqmalçılığı ilə məşğul olan qruplarla əlaqəli olduğu ehtimal edilir.

Sükutdakı xəbərdarlıq

Hələ ki, 88 milyon avroluq imperatriça zinətləri tapılmayıb. Lakin Fransa cəmiyyətində bu hadisə daha böyük bir sualı gündəmə gətirib: necə olub ki, dünyanın ən məşhur muzeyi bu qədər asanlıqla soyulub?

Pavel Durov bu barədə yazaraq bildirib: Luvrun oğurlanması - bu, bir vaxtlar böyük olan ölkənin süqutunun daha bir simvoludur". Bu sözlər indi Fransa ictimaiyyətində geniş rezonans doğurub, çünki oğurlanan təkcə zinət əşyaları deyil, həm də mədəni etimaddır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Oktyabr 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri