Lvovdan Niderlanda hərbi uçuş: An 26 Vonsdrext bazasında
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus An-26 nəqliyyat təyyarəsi Niderlanddakı Vonsdrext hərbi aviabazasına gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS agentliyinə təyyarənin hava məkanından keçdiyi Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
"USQ-yə məxsus An-26 təyyarəsi Lvovun qapalı hava limanından havaya qalxıb, Polşa və Almaniya üzərindən uçaraq Niderlandın hava məkanına daxil olub və burada Vonsdrext hərbi bazasının aerodromuna eniş edib", - deyə agentliyin həmsöhbəti bildirib.
O, reysin konkret nə ilə bağlı olduğunu dəqiqləşdirməsə də, son vaxtlar Ukrayna "nəqliyyatçı"larının Lvovdan Avropa ölkələrinə, ilk növbədə isə sərhəd yaxınlığında yerləşən Polşanın Demblin hərbi aerodromuna uçmalarının artıq ilk hal olmadığını xatırladıb.
Bundan əvvəl agentliyin mənbəsi həmçinin bildirmişdi ki, aprelin 15-də digər bir An-26 nəqliyyat təyyarəsi, Ukrayna səmasının uçuşlar üçün bağlı olmasına baxmayaraq, Berlindən Lvova uçuş həyata keçirib.
Məryəm Quliyeva
Baxış sayı:110
Bu xəbər 24 Aprel 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















