Icma.az
close
up
RU
“Maarifləndirmə işində geridə qalmışıq” KAMİL ZEYNALLI ALTERNATİV PROTEİNLƏRDƏN DANIŞDI

“Maarifləndirmə işində geridə qalmışıq” KAMİL ZEYNALLI ALTERNATİV PROTEİNLƏRDƏN DANIŞDI

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Son vaxtlar dünya üzrə qidalanma tarazlığı və düzgün bədən quruluşu əldə etmək üçün protein istifadəsi diqqət mərkəzindədir. Azərbaycanda da bu sahədə dəyişikliklər müşahidə edilir. İnsanlar fiziki görünüşlərini yaxşılaşdırmaq baxımından daha çox proteinə yönəlir. Baxmayaraq ki, bu gün ölkəmizdə protein istifadəsi haqqında müxtəlif anlayışlar mövcuddur, xüsusilə son zamanlar fitnes ilə maraqlananların sayının artması ilə məşhur protein tozları və əlavələri bazarda öz mövqeyini gücləndirib.

Avtosfer.az xəbər verir ki, gündəlik qidalanmada proteinin balanslı şəkildə istifadəsi və onun bədənə olan təsiri haqqında maarifləndirmə səviyyəsi hələ də istənilən həddə çatmayıb. Ənənəvi qidalanma tərzində əhalinin böyük hissəsi protein ehtiyacını əsasən ət, süd və yumurta məhsullarından qarşılayır. Lakin bitki mənşəli qidalar və alternativ protein mənbələrinin də populyarlaşması, insanların daha müxtəlif qidalanma imkanlarına sahib olmalarını təmin edir. Bununla yanaşı, bəzi sahələrdə isə proteinə olan tələbatın qarşılanması üçün hələ də təkcə əti əsas qəbul edən yanaşma var.

Bəs protein qəbulu sağlamlıq üçün nə dərəcədə doğru yanaşmadır?

Məşqçi Kamil Zeynallı saytımıza açıqlamasında proteini düzgün istifadə etmək üçün məşqçilərdən məsləhət alınmalı olduğunu bildirib:

“Hər şey kor-koranə istifadə edilməməlidir. Proteinlərin tərkibi müxtəlif olur. Məsələn, bəziləri çəki artırmağa, bəziləri isə çəki azaltmağa yönəlib, digərləri isə sırf əzələ kütləsinin artmasına kömək edən formullarda hazırlanır. Həmçinin proteinlərin dadları da fərqlidir. Əsasən qaraciyər və digər orqanlarında hər hansı bir problemi olan şəxslər protein qəbul etməzdən əvvəl mütləq həkim və ya məşqçi ilə məsləhətləşməlidirlər. Qeyd edim ki, Azərbaycanda protein bir çox insanın çəkindiyi və narahat olduğu idman məhsullarından biridir. Çox adam protein adı eşidəndə fikirləşir ki, bu sonsuzluğa səbəb olur və ya başqa problemlər yaradır. Əslində, biz proteinlə bağlı maarifləndirmə işində geridə qalmışıq. Bilməliyik ki, düzgün istifadə edildikdə protein çox faydalı bir məhsuldur”.

Məşqçi əlavə olaraq qeyd edib ki, biz proteini qidalardan da əldə edə bilərik, amma bir stəkanda olan protein tərkibini gündəlik qidalarla əldə etmək çətin olur. Çünki gündəlik qida ilə bu qədər proteini almağa çalışsaq, bu bizim üçün çox ola bilər.

“Bəzi insanlar gündəlik qidalarla lazımi qədər protein ala bilmirlər və əlavə protein tozu qəbul edirlər. Bizim məşq zamanı yeməklərimiz daha çox zülal və karbohidrat tərkibli olur və bunları müəyyən saatlarda qəbul edirik. Proteinləri düzgün şəkildə istifadə etdiyim üçün həm özüm, həm də tələbələrim hansısa problem yaşamamışıq. Əsasən valideynlər proteinlə bağlı çox narahatdırlar. Mənim anam da hələ də proteindən istifadə etməməyimi məsləhət görür. Amma mən ona bunun zərərli olmadığını, əksinə faydalı olduğunu izah etməyə çalışıram, ancaq, o, bu inancdan çıxa bilmir”.

Kamil Zeynallı sonda vurğulayıb ki, Avropada və digər ölkələrdə protein mövzusu dərsliklərə daxil edilib.

“Proteinin nə olduğunu, hansı məhsullardan əldə edilə biləcəyini və necə istifadə edilməli olduğunu məhz dərsliklərlə öyrədirlər. Ancaq bizdə hələ də insanlar proteini xoş qarşılamır və bunun qəbulunun bir çox mənfi fəsadlara yol açacağına inanırlar”.

Qida eksperti Məhsəti Hüseynova isə məsələ ilə bağlı saytımıza açıqlamasında bildirib ki, zülallar insan orqanizmində sağlamlıq üçün əsas rol oynayan makroelementlərdən biridir:

“Gündəlik qidalanmada qəbul etdiyimiz qidaların tərkibindəki zülal miqdarı orqanizmə yetərli olmalıdır. Bu, xüsusilə yaşa, cinsə və gündəlik fiziki fəaliyyətə görə dəyişir. Məsələn, uşaqların və gənclərin zülal ehtiyacı daha az ola bilər. Uşaqlar üçün çəkiyə görə gündəlik 1-2 qram zülal kifayətdir. 8 yaşdan yuxarı və 25 yaşa qədər olanlar üçün isə hər kiloqram bədən çəkisinə 1.2-1.5 qram zülal qəbul etmək tövsiyə olunur. İdmanla məşğul olanlar və fiziki aktiv şəxslər isə zülal ehtiyaclarını bədən çəkilərinə görə 2 qramadək artırmalıdırlar. Əgər bu miqdarda zülal alınmazsa, əzələ itkisi və orqanizmin düzgün inkişaf etməməsi riski yaranır. Bu, xüsusilə 25 yaşa qədər olan şəxslər üçün çox önəmli bir məsələdir”.

Qida eksperti əlavə olaraq qeyd edib ki, zülalların qida mənbəyinə gəldikdə isə heyvan mənşəli qidalar daha yaxşı tanınır və orqanizm tərəfindən asan mənimsənilir.

“Bu qidalar arasında ət və ət məhsulları, süd və süd məhsulları yer alır. Bu qidalarla protein təmin etmək daha asan olur. Lakin idmançılar tez-tez süni proteinlərdən istifadə edirlər. Bu zaman keyfiyyətli və mənşəyi bəlli olan məhsullar seçilməlidir. Tərkibində təbii zülal olmayan kimyəvi və sintetik məhsullar orqanizmə müxtəlif fəsadlar yarada bilər”.

Nəticə olaraq Azərbaycanda protein istifadəsi, sağlam həyat tərzinin və düzgün qidalanma vərdişlərinin bir hissəsi olaraq daha çox diqqət tələb edir. İdman və fitneslə məşğul olanlar üçün protein əhəmiyyətli olsa da hər bir fərdin gündəlik qidalanmasında bu maddənin balanslı şəkildə istifadəsi bədən funksiyalarının düzgün işləməsi üçün vacibdir. Bununla yanaşı, bitki mənşəli və təbii protein qaynaqlarının daha çox tanıdılması və yayılması, cəmiyyətin sağlamlıq səviyyəsini artırmaq üçün mühüm addım ola bilər. Tələb edilən biliklər və doğru qidalanma vərdişləri ilə hər kəsin bədəninə uyğun olan düzgün protein istifadəsi təmin edilərək, sağlam və güclü bir həyat tərzi sürülə bilər.

Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:372
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Yanvar 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri