Icma.az
close
up
RU
Maaşı almaq üçün bank seçmək mühasiblərin işini çətinləşdirəcək və köçürmə xərclərini artıracaq

Maaşı almaq üçün bank seçmək mühasiblərin işini çətinləşdirəcək və köçürmə xərclərini artıracaq

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mərkəzi Bankda vətəndaşları da maraqlandıracaq önəmli məsələlər müzakirə edilib". Bu barədə iqtisadçı Əkrəm Həsənov yerli mediaya danışıb. “Pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. müzakirə edilib. Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür. Belə ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq. Yəni, vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək. İslam bankçılığı institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir"-deyə Əkrəm Həsənov bildirib.

Əmək fəaliyyəti ilə bağlı məsələlər üzrə ekspert Valeh Umarov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yeni tətbiq ediləcək bu yanaşmanın əsas üstünlüyü odur ki, işçilərə seçim azadlığı verilir.

“Hər bir işçi özü üçün daha rahat, sərfəli və ya etibarlı hesab etdiyi bankı seçərək əmək haqqını oradan ala bilər. Lakin bu yanaşmanın praktiki tətbiqində bəzi çətinliklərin yarana biləcəyini düşünürəm. Belə ki, əgər işçilər fərqli bankları seçərsə, bu, mühasibatlıq üçün əlavə əməliyyat yükü və vaxt itkisi deməkdir. Ona görə ki, mühasib bu dəyişiklikdən sonra aylıq əmək haqlarını köçürərkən gərək hər bank üçün ayrıca ödəniş tapşırığı tərtib etsin. Bundan başqa Dövlət Vergi Xidmətinə və Dövlət Statistika Komitəsinə təqdim olunan aylıq, rüblük və illik hesabatların təqdim edilməsi prosesi mühasiblər üçün qismən çətinləşəcək. Çünki şirkət əvvəl bir bankla əməkdaşlıq edirdisə, mühasib bütün ödənişləri həmin bankdan əldə edilmiş bank çıxarışı ilə özündə olan məlumatlar arasında müqayisə və dəqiqləşdirmələr apararaq, hesabatları həmin məlumatlar əsasında hazırlayırdı. Lakin indiki vəziyyətdə gərək mühasib şirkətin əməkdaşlıq etdiyi hər bankdan ayrı-ayrılıqda bank çıxarışı əldə etsin”-deyə Valeh Umarov qeyd edib.

Ekspert əlavə edib ki, bundan başqa sözügedən dəyişiklik müəyyən hallarda bank köçürmə xərclərinin artmasına səbəb ola bilər.

Valeh Umarovun fikrincə, tətbiq olunacaq dəyişikliklərdə yaxşı olardı ki, şirkətlər daxili qaydalarla 2-3 bank müəyyən etsin və işçilər seçimlərini yalnız bu banklar çərçivəsində etsinlər. Ekspert hesab edir ki, bu proses həm seçim azadlığını qoruyar, həm də mühasibatlığın iş yükünü balanslaşdırar.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Aprel 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri