Icma.az
close
up
RU
Maaşlar real xərclərlə ayaqlaşa bilirmi?

Maaşlar real xərclərlə ayaqlaşa bilirmi?

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Azərbaycanda bir çox insan səhər yuxudan "yaşamaq" üçün deyil, sadəcə dolana bilmək üçün oyanır. Gündəlik həyat ritmi sanki maaş deyil, dözüm qabiliyyəti əsasında qurulub. Əmək bazarında çalışan orta statistik işçi üçün “maaş nə qədərdir?” sualından çox, “bu maaşla necə yaşayırsan?” sualı daha aktualdır.

Rəsmi statistikaya əsasən, ölkədə orta aylıq əməkhaqqı 950-1000 manat arasında dəyişir. Lakin bu göstərici əhalinin əksəriyyətinin həyat şəraitini real şəkildə əks etdirmir. Belə ki, cəmiyyətin böyük hissəsinin qazancı çox zaman 700-750 manat civarındadır. Bu məbləğlə yaşayış səviyyəsini təmin etmək, xüsusilə paytaxt Bakıda, demək olar ki, mümkün deyil. Bir nəfərlik ailədə belə bu vəsaitin əsas hissəsi kirayə haqqı, kommunal ödənişlər, ərzaq və nəqliyyat xərclərinə yönəlir. Ailəli şəxslər üçün isə vəziyyət daha da ağırdır: məktəb xərcləri, uşaq geyimi, tibbi xidmət, borc və kredit ödənişləri. Bunlar maaşı ayın ilk günlərində belə tükəndirir. Belə bir reallıqda “qənaət”, “tətil” və ya “inkişaf” kimi anlayışlar sadəcə lüğət sözlərinə çevrilir. Azərbaycanda çoxsaylı insan üçün kredit almaq həyatın ayrılmaz hissəsinə çevrilib. Bəzi hallarda insanlar telefon, geyim, ərzaq və hətta kommunal xərclər üçün belə kreditə müraciət edirlər. Mikromaliyyə təşkilatlarının sürətlə artması da bu ehtiyacı sübut edir. Borc içində yaşamaq normaya çevrilib. Bu vəziyyətin təkcə maddi deyil, həm də psixoloji nəticələri var. İnsan yalnız az maaş aldığına görə yox, əməyinin qiymətləndirilmədiyinə görə də ruhdan düşür. Gündə 10-12 saat işləyən biri qarşılığında sadəcə “şükür, işin var” cavabı ilə qarşılaşırsa, bu, insanın motivasiyasını, ümidini və yaradıcı potensialını sönməyə məhkum edir. Bu ruh halı zamanla emosional tükənməyə, psixoloji yorğunluğa, ictimai passivliyə və ən təhlükəlisi – normalmış kimi qəbul edilən haqsızlıqlara gətirib çıxarır. Əmək haqqı insanı sadəcə dolandırmalı deyil yaşatmalı, motivasiya etməli, potensialını ortaya çıxarmalıdır.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyul 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see336

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see298

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see281

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see279

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see277

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see274

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see261

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see248

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see248

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see244

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see237

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see234

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see232

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see231

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see225

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see220

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see220

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see190

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see187

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri