Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Macarıstan məhkəmədə iddia qaldırıb

Macarıstan məhkəmədə iddia qaldırıb

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Budapeştə qarşı tədbirlər görülə bilər

Macarıstan Avropa İttifaqı Şurası və Avropa Sülh Fonduna qarşı məhkəmə iddiası qaldırıb. Belə ki, hökumətə yaxın olan “Magyar Nemzet” qəzetinin məlumatına görə, rəsmi Budapeşt Aİ-nin dondurulmuş Rusiya aktivlərindən Ukraynaya hərbi yardımı maliyyələşdirmək üçün istifadə etmək qərarına qarşıdır. Qəzetin məlumatında qeyd olunur ki, iddia iyunda Aİ Məhkəməsinə göndərilib, avqustun 25-də isə baxılmaq üçün qəbul edilib. Budapeşt hesab edir ki, Aİ Şurasının və Avropa Sülh Fondunun rəhbərliyinin qərarı qanunsuz olub, çünki bu, Macarıstanın rəyi nəzərə alınmadan qəbul edilib. Söhbət 2025-ci ilin fevralında Brüsselin qəbul etdiyi qərardan gedir. Həmin qərara görə, bloklanmış Rusiya aktivlərinin idarə olunmasından əldə edilən xalis mənfəətin 99,7 faizi Ukraynaya hər il 3-5 milyard avro həcmində hərbi dəstək üçün davamlı maliyyələşməni təmin etməklə Avropa Sülh Fonduna göndəriləcək. İddiaya baxılma tarixi hələ müəyyən edilməyib. Qəzet qeyd edir ki, bu proses illərlə uzana bilər. Bu arada nəşrin hesablamalarına görə, Ukraynaya hərbi yardım göstərmək üçün Avropa Sülh Fondundan artıq 11 milyard avro ayrılıb. Qeyd edək ki, Macarıstanın Rusiya maraqları naminə Aİ siyasətinə zidd addımlarına görə Brüssel onun Aİ qərarlarının qəbulunda iştirakını məhdudlaşdırmağa hazırlaşır.

Macarıstanın iddiası təmin ediləcəkmi?

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Macarıstanın Avropa İttifaqı Şurasına qarşı məhkəmədə iddia qaldırması ilk hal deyil.

“Keçən il - 2024-cü ilin mayında da Macarıstan Avropa İttifaqı Şurasına qarşı məhkəmədə iddia qaldırmışdı. Buna baxmayaraq, Budapeşt istədiyi nəticəni əldə etmədi. Ümumiyyətlə, bu kimi proseslər çox uzun zaman aparır. Əgər Avropa İttifaqı Şurası Aİ-nin müqavilərinin müddəalarını və qanunvericilik prinsiplərini pozmayıbsa, Macarıstanın məhkəmədə budəfəki iddiası da heç bir işə yaramayacaq. O ki qaldı Aİ-nin dondurulmuş Rusiya aktivlərindən Ukraynaya maliyyə yardımı ayırmasına, Kiyevə dəstəyin davam etdirilməsi Avropa İttifaqının təhlükəsizlik strategiyasının ilkin prioritetidir. Bu, Aİ-nin maraqlarına söykənən bir məsələdir. Aİ-nin heç bir siyasi institutu Ukraynaya maliyyə yardımlarının davam etdirilməsinə qarşı çıxmayacaq,” - deyə S.Zahidov vurğulayıb ki,  Macarıstanın Aİ-nin qərarlarının qəbulunda iştirakı bu hallarda məhdudlaşdırıla bilər: “Avropa İttifaqı Şurasında iqtisadi-ticari və iqtisadi-sosial məsələlər ilə bağlı qərarlar qəbul olunarkən, səsvermədə “keyfiyyətli səs çoxluğu”na üstünlük verilir, yəni Aİ-nin bütün üzv ölkələrinin həmin məsələlərlə bağlı qərarvermə prosesində rəyinin nəzərə alınması şərt deyil - Aİ-nin üzv ölkələrinin üçdə ikisinin müsbət rəyi kifayət edər. Bu kimi məsələlərdə Macarıstanın mövqeyi nəzərə alınmaya bilər. Amma xarici siyasət və təhlükəsizlik məsələlərində “keyfiyyətli səs çoxluğu” tətbiq olunmur  - bu kimi məsələlərdə Aİ-nin bütün üzv ölkələrinin rəyi nəzərə alınmadan qərarların qəbul edilməsi qeyri-mümkündür.  Ukrayna ilə bağlı aparılan müzakirələr daha çox buraya aiddir. Macarıstanın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi Aİ-nin Ukrayna siyasətində addımlarına əngəl yaradır. Bu səbəbdən Brüssel “keyfiyyətli səs çoxluğu”nu xarici siyasət və təhlükəsizlik məsələlərinə də sirayət etmək istəyir”.

“Maastrixt” müqaviləsinin 7-ci maddəsi işə salına bilər?

“Digər bir versiya, Avropa İttifaqının əsasını qoyan “Maastrixt” müqaviləsinin 7-ci maddəsinin işə salınmasıdır, halbuki indiki halda bu, real görünmür. Bu maddə özündə Aİ-nin hər hansı üzv ölkəsinin səsvermə və veto hüququndan mərhum edilməsini ehtiva edir. Bu maddə o zaman tətbiq olunur ki, Aİ-nin üzv ölkəsi ittifaqın dəyərlərinə hörmət etmir. Ancaq 7-ci maddənin tətbiq olunması üçün Aİ-nin bütün üzv ölkələrinin rəyi nəzərə alınmalıdır” - deyə S.Zahidov əlavə edib.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Avqust 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri