Macarıstan və Slovakiya Aİ nin qərarına məhkəmədə etiraz edəcəklər
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Macarıstan və Slovakiya Rusiyadan enerji təchizatına tam qadağa qoyulmasını istəyən Aİ rəhbərliyinə qarşı Avropa Birliyi Ədalət Məhkəməsində birgə iddia qaldıracaq və artıq bunun üçün hüquqi əsas hazırlayıblar.
"Ölkə.az" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto M5 televiziyasına verdiyi müsahibədə bildirib.
O, Macarıstanın Slovakiya ilə razılığa gəldiyini və 2027-ci ilin oktyabr ayından etibarən Rusiya təbii qazının alınmasını qadağan edən Avropa Komissiyasının planına birgə etiraz edəcəklərini qeyd edib.
"Biz təcili dinləmənin keçirilməsini və bu qərarın dayandırılmasını tələb edəcəyik", - xarici işlər naziri bildirib.
Bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban ölkənin 2027-ci ilin sonundan etibarən Rusiyadan neft və qaz alışına qoyulan qadağanın qüvvəyə minməsinin qarşısını almaq üçün bütün mövcud hüquqi mexanizmlərdən istifadə edəcəyini bildirmişdi.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 21 Yanvar 2026 01:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















