Macarıstan miqrantları qəbul etmədiyinə görə gündəlik 1 milyon avro cərimənin ləğvini tələb edir
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Macarıstan Avropa İttifaqı Ədalət Məhkəməsinə iddia qaldıraraq, ölkənin miqrantları qəbul etməkdən imtina etdiyinə görə gündəlik 1 milyon avro cərimə ödəməsi barədə qərarın ləğvini tələb edir.
APA xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin təhlükəsizlik və qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə baş müşaviri Dyord Baçondi "M1" telekanalının efirində bildirib.
Bir il əvvəl Avropa Komissiyasının təşəbbüsü ilə Avropa Ədalət Məhkəməsi Macarıstana qarşı 200 milyon avroluq cərimə qərarı çıxarıb.
Səbəb isə Budapeştin ümumavropa miqrasiya paktına əməl etməkdən imtina etməsi olub.
Qərarı yerinə yetirmədiyi hər günə görə Macarıstana əlavə olaraq 1 milyon avro cərimə hesablanır.
İllik faizlərlə birlikdə bu məbləğ 500 milyon avrodan artıq olub.
Macarıstan hökuməti bildirir ki, bu qərar ölkənin suverenliyini pozur və qeyri-qanuni miqrasiyanı təşviq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 12 İyun 2025 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















