Icma.az
close
up
RU
Macarıstanın yeni Baş naziri Almaniyaya səfər edib

Macarıstanın yeni Baş naziri Almaniyaya səfər edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 2 iyun, AZƏRTAC

Macarıstanın yeni Baş naziri Peter Macyar Almaniyaya səfər edib.

AZƏRTAC xəbər verir ki, Berlində yüksək səviyyədə qarşılanan Baş nazirin Almaniya Kansleri Fridrix Merts ilə görüşündə ikitərəfli münasibətlər, Avropa siyasəti sahəsində əməkdaşlıq, Ukraynaya dəstəyin davam etdirilməsi, eləcə də Avratlantik məkanın təhlükəsizliyi məsələləri müzakirə olunub.

Hər iki lider görüşdən sonra mətbuat konfransında çıxış ediblər. “Avropanın azadlığı və birliyi yenidən ciddi təhlükə qarşısındadır. Rusiyanın NATO-ya yaratdığı təhdid və Ukraynaya qarşı apardığı müharibə hamımız üçün fundamental çağırışdır”, - deyən Kansler rəsmi Budapeştin ilk növbədə, Ukraynadakı macar azlığının hüquqları kimi ikitərəfli məsələləri həll etmək istəyini anlayışla qarşıladıqlarını ifadə edib. F.Merts bildirib ki, bu məsələ Avropanın Ukraynaya dəstəyi hesabına olmamalı və Avropanı Ukrayna ilə üzvlük danışıqlarının ilk fəslinin rəsmən açılması məqsədindən uzaqlaşdırmamalıdır.

Macarıstanı Avropa daxili bazarının və rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəlmiş prosesdə fəal iştirakının önəmini qeyd edən F.Merts bildirib: “Bizə suveren və iqtisadi cəhətdən güclü Avropa lazımdır. Bu, xüsusilə çoxillik maliyyə çərçivəsinin islahatı üzərində işlədiyimiz bir vaxtda böyük əhəmiyyət daşıyır. Biz hələ bu il Avropa İttifaqının gələcək maliyyə siyasətinin əsaslarını müəyyənləşdirmək istəyirik. Bunun üçün isə həm rəqabət qabiliyyətinə, həm də müdafiə sahəsinə investisiyalar tələb olunur”.

P.Macyar isə Almaniyanın həm ixrac, həm də idxal baxımından Macarıstanın ən vacib xarici investoru olduğunu vurğulayaraq, iki ölkə arasında ticarət dövriyyəsinin 67 milyard avro təşkil etdiyini və ölkəsində Almaniya sərmayəsinin durmadan artdığını bildirib.

O, Ukrayna ilə Macarıstan arasında macar icmasının dil, mədəniyyət və təhsil hüquqlarına aid danışıqların bu həftə yekunlaşdırıla biləcəyini vurğulayaraq, prosesin kifayət qədər müsbət məcrada irəlilədiyini qeyd edib: “Buradan bir daha bəyan etmək istəyirəm ki, əgər fundamental insan hüquqları ilə bağlı prinsipial razılıq əldə olunarsa, gələn həftənin əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə və danışıqlar aparmağa hazıram”.

P.Macyar Avropa İttifaqı və NATO ilə yanaşı, Vişeqrad Qrupu (V4) çərçivəsində əməkdaşlığın Macarıstanın xarici siyasətində mühüm prioritetlərdən olduğunu qeyd edərək, iyulun 23-də Budapeştdə Vişeqrad Qrupu ölkələrinin Sammitində bu formatın genişləndirilməsini təklif edəcəyini bildirib: “İstərdik ki, Almaniya və Avstriya, həmçinin Xorvatiya, Sloveniya və Rumıniya da bu dialoqa qoşulsunlar və birlikdə güclü Mərkəzi Avropanın formalaşdırılması istiqamətində çalışaq. Bu isə infrastruktur, iqtisadiyyat və mədəniyyət sahələrində daha sıx əməkdaşlıq deməkdir”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2026 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri