Icma.az
close
up
RU
Macarların əksəriyyəti avroya keçidi dəstəkləyir

Macarların əksəriyyəti avroya keçidi dəstəkləyir

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Macarıstan sakinlərinin əksəriyyəti vahid Avropa valyutasının tətbiq edilməsini dəstəkləyir, lakin avroya keçidin vaxtı ilə bağlı məsələ hələ də siyasi fikir ayrılıqlarının mövzusu olaraq qalır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Macarıstan mediasında dərc olunmuş son ictimai rəy sorğusunun nəticələri göstərir.

Araşdırmanın nəticələrinə görə, respondentlərin 41 faizi hesab edir ki, Macarıstan mümkün qədər tez avroya keçməlidir. Daha 37 faiz vahid valyutanın tətbiq edilməsini dəstəkləyir, lakin bunun əvvəlcədən müəyyən edilmiş iqtisadi şərtlər yerinə yetirildikdən sonra və dəqiq müəyyənləşdirilmiş qrafik əsasında baş verməli olduğunu düşünür. Beləliklə, ümumilikdə sorğu iştirakçılarının təxminən beşdə dördü forintdən imtina edilərək avroya keçid perspektivinə müsbət yanaşır.

Bununla belə, Viktor Orbanın əvvəlki hökuməti uzun müddət əks mövqe tuturdu. Hökumət dəfələrlə bəyan edirdi ki, ölkə iqtisadiyyatı hələ avrozonaya qoşulmağa hazır deyil və milli valyutanın qorunub saxlanılması Macarıstana daha müstəqil iqtisadi siyasət həyata keçirməyə imkan verir.

Peter Madyarın rəhbərlik etdiyi hökumət isə fərqli mövqe tutur. Yeni hakimiyyət avroya keçidə hazırlıq işlərinə başlayacağını və avrozonaya qoşulmanı ölkənin iqtisadi strategiyasının əsas elementlərindən biri kimi nəzərdən keçirdiyini vəd edir.

Hazırda Macarıstan Avropa İttifaqının avrodan istifadə etməyən azsaylı ölkələrindən biridir. Macarıstanla yanaşı, Polşa, Çexiya, Rumıniya və İsveç də valyuta ittifaqından kənarda qalıb. Bununla yanaşı, avrozonaya qoşulmaq üçün ölkə inflyasiya səviyyəsi, dövlət maliyyəsinin vəziyyəti, valyuta məzənnəsinin sabitliyi və uzunmüddətli faiz dərəcələri ilə bağlı tələbləri əhatə edən Maastrixt meyarlarını yerinə yetirməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 İyun 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri