Macarların əksəriyyəti sərt miqrasiya siyasətini dəstəkləyir
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Macarıstanda vətəndaşların miqrasiya məsələlərinə münasibətinə həsr olunmuş yeni ictimai rəy sorğusunun nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrinə əsasən, macarların əksəriyyəti Avropa İttifaqının xarici sərhədlərində sərt miqrasiya siyasətinin saxlanılmasının və nəzarətin gücləndirilməsini zəruri hesab edir. Respondentlərin əhəmiyyətli bir hissəsi hesab edir ki, qanunsuz miqrasiya ölkənin təhlükəsizliyinə və sosial sabitliyinə təhdid yaradır. Eyni zamanda, sorğu iştirakçılarının çoxu mövcud hüquqi prosedurlara riayət olunduqda, beynəlxalq müdafiəyə ehtiyacı olan insanlara sığınacaq verilməsini dəstəkləyir.
Nəticələrə əsasən, macarların əksəriyyəti miqrasiya siyasəti məsələlərində milli hökumətlərin səlahiyyətlərinin saxlanılmasını dəstəkləyərək hesab edir ki, məhz üzv dövlətlər öz maraqlarını və təhlükəsizliyini nəzərə almaqla bu sahədə müstəqil şəkildə qərarlar qəbul etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 12 İyul 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















