“Macron Paradox” filminin təqdimatı
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“AnewZ” telekanalı Fransa Prezidenti Emmanuel Makronun prezidentliyinin ziddiyyətlərinə, Parisin Afrikadakı təsirinin azalmasına və Yelisey sarayı ilə əlaqəli şəxslər ətrafında məhkəmə çəkişmələrinə həsr olunmuş yeni “Makron paradoksu” (“Macron Paradox”) sənədli filmini təqdim edib.
Araşdırma filminin mərkəzində Makronun əvvəlki Fransa siyasəti modelindən imtina və daha şəffaf idarəetmə sistemi qurmaq vədi, eləcə də ölkəsinin xaricdəki mövqelərinin zəifləməsi, prezidentin təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı Aleksandr Benalla ilə onun silahdaşı Anas Derrazın fəaliyyəti ilə bağlı məsələlər dayanır.
Filmdə bir-biri ilə əlaqəli iki istiqamət nəzərdən keçirilir. Birinci istiqamət Makronun “Françafrique” təcrübəsindən imtina etməyə və qitə ölkələri ilə yeni münasibətlər qurmağa söz verdiyi - Parisin Afrika siyasətini əhatə edir. Müəlliflər qeyd edirlər ki, bu bəyanatlara baxmayaraq, reallıqda Paris əvvəlki yanaşmalardan imtina edə bilməyib, bu da Afrika ölkələrində narazılığın artmasına və bölgədə Fransanın nüfuzunun zəifləməsinə səbəb olub.
İkinci istiqamət 2018-ci il mayın 1-də Parisdə baş verən hadisələrdən sonra qalmaqalın mərkəzinə düşən Yelisey sarayının təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı Aleksandr Benallanın işi ilə bağlıdır. Müəlliflər həmçinin onun silahdaşı Anas Derrazın fəaliyyətini nəzərdən keçirib, Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov və “M/Y Luna” superyaxtası ilə bağlı ehtimal edilən konsaltinq müqaviləsi barədə məlumat veriblər.
Sənədli filmin müəllifləri belə bir qənaətə gəliblər ki, Fransanın xarici siyasət ritorikası və qeyri-rəsmi nüfuz şəbəkələri ilə bağlı daxili problemlər arasındakı ziddiyyətlər Makronun prezidentliyinin əsas xüsusiyyətlərindən birinə çevrilib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 02 İyul 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















