Madriddən Marselə yollanır
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dani Sebalyos “Real”dan “Marsel”ə keçir.
“RMC Sport”un məlumatına görə, Fransa klubu ispaniyalı yarımmüdafiəçinin keçidi ilə bağlı “Real”la razılığa gəlib. Bir müddət əvvəl “Real”ın baş məşqçisi Xabi Alonsonun da futbolçunun satılmasını istədiyi ilə bağlı xəbərlər yayılmışdı.
Sebalyos paytaxt klubunda 2017-ci ildən çıxış edir. O, ötən mövsüm La Liqada 23 oyunda meydana çıxıb.

