Icma.az
close
up
RU
Maduro hakimiyyətdən gedirmi?

Maduro hakimiyyətdən gedirmi?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Venesuela prezidenti 18 ay möhlət istəyib...

ABŞ ilə Venesuela arasındakı gərginlik pik həddə çatıb. Xatırladaq ki, sentyabrın əvvəlindən ABŞ Cənubi Karib dənizində əsasən Venesueladan olan və narkotik daşımaqda şübhəli bilinən təxminən 20 sürət və motorlu qayığa hücum edib. Hücumlar nəticəsində 80-dən çox insan həlak olub. Karakas bu hərəkətləri “məhkəmədənkənar qətllər” adlandırıb. Son üç ay ərzində ABŞ Hərbi Dəniz Qüvvələri Venesuela sahillərində əhəmiyyətli qüvvələr toplayıb. “Cənubi Nizə” adlandırılan ABŞ hərbi əməliyyatında təxminən 12 min əsgər və dünyanın ən böyük təyyarədaşıyan gəmisi olan “USS Gerald Ford” da daxil olmaqla, onlarla hərbi gəmi iştirak edir. Ötən həftə Donald Tramp ABŞ ordusunun “çox tezliklə” quruda Venesuela narkotik qaçaqmalçılarına qarşı mübarizəyə başlayacağını da açıqlayıb.

Venesuela da ABŞ-ın “əzələ nümayişi”nə laqeyd qalmayıb - sentyabr ayından bəri hökumət minlərlə venesuelalını silah istifadəsi üzrə təlimləndirib və on minlərlə polis üzvünü səfərbər edib. Noyabrın əvvəlində silahlı qüvvələrin təxminən 200 min əsgər və paramilitar üzvün iştirak etdiyi genişmiqyaslı təlimləri keçirilib. Məlumata görə, bu, Venesuela Silahlı Qüvvələrinin hazırkı gücünün təxminən üçdə ikisini təşkil edir. Prezident Maduro bildirmişdi ki, əlavə 4,5 milyon hərbi təlim keçmiş vətəndaş da artıq silahlanmağa hazırdır.

Vaşinqton terrorçu kimi tanıdı...

Son günlərdə isə iki ölkə arasındakı gərginlik daha çox diplomatik müstəviyə transfer olub. Qeyd edək ki, ötən həftə ABŞ-ın rəsmi olaraq Venesuelanın “Günəş karteli”ni xarici terrorçu qruplar siyahısına əlavə etməsi vəziyyəti daha da qəlizləşdirib. Dövlət Departamentinin yaydığı məlumatda bu təşkilatın Venesuela ordusu və hökuməti ilə əlaqəli olduğu, lakin ABŞ-da bu kartel haqqında çox az məlumatın mövcudluğu vurğulanıb. ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, bu təşkilatın siyahıya daxil edilməsini tənzimləyən bütün şərtlərə cavab verdiyinə dair kifayət qədər dəlil var.

ABŞ hakimiyyəti bildirir ki, “Günəş karteli” Venesuela prezidenti Nikolas Maduro və daxili işlər naziri Diosdado Kabellonun rəhbərliyi altında fəaliyyət göstərsə də, əsasən Venesuela ordusuna bağlıdır. Venesuela isə “Günəş karteli” adlı təşkilatın mövcud olmadığını açıqlayıb.

Hava məkanı bağlandı...

ABŞ hərbi əməliyyat təhlükəsini əsas gətirərək Venesuela üzərindəki hava məkanını da bağlı elan edib. Bölgəyə 15 min əsgər yerləşdirilib ki, bu da Latın Amerikasında ciddi narahatlığa səbəb olub. “The Washington Post” qəzeti ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən ABŞ hərbi təyyarələrinin artıq “demək olar ki, daim” Venesuela sahillərində səmada patrul xidməti həyata keçirdiyini bildirmişdi. Bundan əvvəl Prezident Tramp sosial media hesabı olan “Truth Social”da yazmışdı ki, Venesuela üzərindəki hava məkanı “tamamilə bağlanmış” hesab edilməlidir. O, bu mesajı “bütün aviaşirkətlərə, pilotlara, narkotik qaçaqmalçılarına və insan qaçaqmalçılarına” ünvanladığını qeyd etmişdi. “Flightradar24”ün məlumatına görə, Venesuelanın səması demək olar ki, təyyarələrdən tamamilə “təmizlənib”.

Venesuela hakimiyyəti Trampın şərhlərini beynəlxalq hüququn pozulması adlandıraraq ölkənin suverenliyinə və aviasiya təhlükəsizliyinə təhdid elan edib. Karakas həmçinin BMT-dən  Amerika liderinin sözlərini qınamağa çağırış edib.

Könüllü getməsə...

ABŞ və Venesuela arasında artan gərginlik fonunda Prezident Donald Tramp 30 noyabrda jurnalistlərə prezident Nikolas Maduro ilə telefonla danışdığını bildirmişdi. Lakin o, söhbətin nədən getdiyini deməmişdi. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da Vaşinqtonun Venesuelaya təzyiqinin Nikolas Maduronu vəzifəsindən getməyə məcbur edəcəyinə və bununla da hərbi əməliyyatlardan yayınacağına ümid edir. CNN ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirib ki, Amerika liderinə ABŞ-ın həyata keçirə biləcəyi müxtəlif ssenarilər barədə məlumat verilib, baxmayaraq ki, hərəkətsizlik Vaşinqtonun növbəti addımları üçün bir seçim olaraq qalır.

Şəbəkənin məlumatına görə, Venesuela nümayəndələri Maduro və Tramp arasında mümkün birbaşa danışıqları müzakirə etmək üçün bir neçə kanal vasitəsilə əlaqə saxlayıblar. İki ölkə arasında potensial görüşün formatları ilə bağlı bir neçə müzakirə aparılıb, lakin hələlik yekun razılaşma əldə edilməyib.

Ötən həftə iki ölkə başçısı arasında telefon danışığı isə vəziyyəti dəyişib. “The Wall Street Journal”ın mənbələrə istinadən yaydığı məlumata görə, Tramp ötən həftə Maduroya bildirib ki, “könüllü olaraq getməsə”, ABŞ Venesuela ilə bağlı müxtəlif variantları, o cümlədən güc tətbiqini nəzərdən keçirəcək. Nəşr iddia edir ki, iki lider həmçinin telefonla Maduro və onun yaxın ətrafı üçün mümkün əfv məsələsini də müzakirə ediblər. CNN telekanalı isə Nikolas Maduronun istefaya getməyə hazır olduğunu, lakin bunu ən azı 18 ay sonra edəcəyini bildirib.

Yeni büro heyəti: Maduronun planı nədir?

Trampla telefon danışığının ardından Nikolas Maduro hakim Venesuela Birləşmiş Sosialist Partiyasının (VSSV) siyasi bürosunun tərkibini yeniləyib. Məlumatı Maduro özü Karakasda keçirilən mitinqdə açıqlayıb: “Mən Bolivar İnqilabının siyasi və sosial qüvvələrinin ən yüksək səviyyəsində liderliyi öz üzərinə götürəcək və bu inqilabın baş komandanı kimi mənə kömək edəcək 12 həmvətənimizdən ibarət siyasi büro təyin edirəm”.

Yeni ali partiya orqanına VSSV və Venesuela kabinetindən yüksək vəzifəli şəxslər daxildir. Daxili işlər naziri Diosdado Kabello partiyanın baş katibi vəzifəsini qoruyub saxlayıb. Parlament sədri Xorxe Rodriges onun təbliğat və əks-təbliğat üzrə müavini təyin edilib.

Qeyd edək ki, bu quruma 12 nəfər daxildir. Kabello və Xorxe Rodrigeslə yanaşı Hektor Rodriges, Naum Fernandes, Pedro İnfante, Fransisko Ameliax, Silia Flores, Qabriela Ximenez, Tania Diaz, Delcy Rodriges, Carmen Melendez və Grecia Colmenares də Siyasi Büroya təyin ediliblər. Maduro vurğulayıb ki, onların hər birinə artıq konkret tapşırıq verilib. Prezident yeni Siyasi Büroya dəstək verməyə çağırıb. O əlavə etdi ki, bu qurum partiya daxilində islahatları sürətləndirməli və partiyanın Venesueladakı 237 min küçə komitəsi ilə əlaqəsini təmin etməlidir.

Bu dəyişikliyin səbəbi bir sıra ehtimallarla yozulur. Belə ki, bəzi siyasətçilər bunun Maduronun ölkəni tərk edəcəyi halda onun təqib edilməməsi üçün atıldığı qənaətindədir. Bəziləri isə daha fərqli düşünür - onların fikrincə, Maduro vəzifədən getsə də, hakimiyyəti özünün ən inandığı şəxsə etibar etmək niyyətindədir. 

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri