Maduronu qoruyan 32 kubalı hərbçi öldürülüb Vitse prezident Trampa savaş deyil, əməkdaşlıq istəyirik mesajı verdi
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsindən sonra müvəqqəti prezident təyin edilən vitse-prezident Delsi Rodrigez ABŞ hökumətini əməkdaşlığa çağırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kuba dövlət televiziyasında "Dünyaya və ABŞ-a müraciət" başlığı ilə yayımlanan nmüraciətində o, qarşılıqlı hörmət və beynəlxalq əməkdaşlığa əsaslanan, xarici təhdidlərdən azad bir mühitdə yaşamaq istədiklərini vurğulayıb.
Rodrigez dinc yanaşı yaşamağa sadiq olduqlarını qeyd edərək, bildirib ki, ABŞ-la əməkdaşlığa hazırdırlar: "Biz ABŞ-ıəməkdaşlığıa dəvət edirik. Prezident Donald Tramp, xalqlarımız və bölgəmiz müharibəyə deyil, sülhə və dialoqa layiqdir. Bu, bütün Venesuelanın ortaq mesajıdır"
Yeri gəlmişkən, Venesuela mediası Maduronu evində ələ keçirilmə əməliyyatı zamanı ABŞ hərbçiləriin onu qoruyan əcnəbi mühafizçiləri öldürdüyünü təsdiqləyb: "Əməliyyat zamanı mühafizə xidmətində olan 32 Kuba hərbçisi döyüşərək həlak olublar".
Kuba hökuməti də bu məlumatı doğrulayıb və ölkədə iki günlük matəm elan edib.
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 05 Yanvar 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















