Mağazadan 330 minlik oğurluqda təqsirləndirilən Çin vətəndaşlarının məhkəməsi başlayıb
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakıda "VMF Continental" mağazasından 330 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin vətəndaşları Zhang Guomin və Liu Bo-nun cinayət işləri üzrə məhkəmə prosesi başlayıb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə onların anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar verilib.
Növbəti proses martın 12-ə təyin olunub.
Qeyd edək ki, hadisə Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb.
Rəsmi məlumata görə, oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan "Breguet" markalı qol saatını oğurlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törətməkdə Çin vətəndaşları Zhang Guomin və Liu Bo təqsirli bilinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 04 Mart 2025 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















