Icma.az
close
up
RU
Magistral yolların eni azaldılıb sürücülər narazıdır

Magistral yolların eni azaldılıb sürücülər narazıdır

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanda magistral yollarda təmir-bərpa işlərindən sonra yolların enində azalmalar müşahidə edilir. Bu dəyişkikliklər sürücülərin müəyyən yol əməliyyatlarını həyata keçirməyə mane olur, yollarda qəza riskini artırır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli mövzu ilə bağlı açıqlama verərək yolların darlaşması ilə bağlı hər hansı problemin olmadığını, prosesin standartlara uyğun aparıldığını bildirib. 

Yaranmış vəziyyətlə bağlı saytımıza danışan nəqliyyat eksperti Fərhad Eyyubov isə bildirib ki, standartdan kənara çıxma halı ayrı-ayrılıqda xüsusi hal kimi yoxlanılmalıdır:

“Şəhərlərarası yollarımızda elə yerlər var ki, standart ölçülərdən kənara çıxma halı müşahidə edilir. Bəzi şosselərdə nəqliyyat vasitələri yolun çiyni ilə gedə bilmir. İstənilən halda ölçülər beynəlxalq standarta uyğunlaşdırılmalıdır. Ələlxüsus, yol rayonlararası, respublika əhəmiyyətlidirsə, bu nəzərə alınmalıdır”.

Ekspert qeyd edib ki, daralma səbəbləri müxtəlif ola bilər:

“Suötürücülərlə – kanallarla əlaqəli yolun daralması halı yaranır. Və ya elə yerlər var ki, yaşayış məntəqəsinə düşdüyünə görə yol çiyni qısalır, yalnız piyada hərəkəti üçün nəzərdə tutulmuş səki-yol olur. Ona görə də çalışırlar ki, 1-ci dərəcəli magistral yoldursa, yaşayış məntəqəsindən keçməsin. Əgər keçirsə, deməli, dərəcə səviyyəsində istər-istəməz fərq yaranır. Bu zaman ikinci dərəcəli yol kimi yol çiyni yox, piyada yolu təyin edilir.

Yeni çəkilən Bakı – Qəbələ yolunun Şamaxı-Qəbələ hissəsində qeyd etdiyim halı müşahidə etmək olar. Bəzi hissələr yaşayış məntəqələrindən keçir. Bu zaman çiyin salınması mümkün olmur. Bakı-Qəbələ yolu Vəndam qəsəbəsindən də keçir. Orada ensizləşmə, təəssüf ki, yaranıb. Mən isə təklif edərdim, magistral yollar hər hansı şəkildə yaşayış yerləri ilə kəsişməsin. Məsələn, Qəbələ şəhərində mənzərə qənaətbəxşdir. Yol şəhərin kənarındadır. Hərəkət zolağına gəldikdə isə, ona toxunulmur. Zolaqlar xüsusi diqqət və standart tətbiq edilən hissədir.”.     

Fərhad Eyyubov əlavə edib ki, yol yeni salınırsa, standartlar gözlənilir:

“Məsələn, Qarabağda salınan yollar maksimal sürət həddi üçün hesablanmış ölçülərdədir. Lakin bərpa işi gedən magistrallarda bəzən bunu etmək mümkün olmur. Səbəb yaxın ərazidə yaşayış məntəqəsinin - evlərin olmasıdır. Müvafiq təşkilatlar da çalışır ki, əhalinin yaşayış zonalarını nəzərə alsınlar. Sakinlərə əziyyət düşməsin. Bir şərtlə ki, təhlükəsizlik şərtləri qorunsun".

Nəqliyyat Yasin Mustafayev Modern.az-a bildirib ki, hazırda Bakı şəhəri daxilində yolların eni ilə bağlı müəyyən dəyişikliklər müşahidə olunur:

"Bu, hərəkətin təşkili baxımından məqsədyönlü nəticələr verdiyi qeyd edilməlidir. Yollar təmir olunmazdan, xətlələnmə aparılmazdan əvvəl hərəkət zolaqlarının eninin 4 metrə qədər olduğu hissələr var idi. Bu cür geniş zolaqlar isə praktik baxımdan səmərəsiz hesab olunurdu və hərəkətin düzgün təşkili üçün əlverişli deyildi.

Hazırda aparılan təkmilləşdirmə işlərindən sonra bəzi ərazilərdə avtomobil yollarında hərəkət zolaqlarının eni təxminən 3 metrə qədər azaldılıb və bu, mövcud normativ standartlara tam uyğundur. Belə ki, magistral və yüksək sürətli yollarda zolaqların eni 2,75–3,75 metr, şəhərdaxili yollarda isə 3–3,20 (3,25) metrə qədər müəyyən edilir və bu göstəricilər standartlara cavab verir.

Məhz bu səbəbdən bəzi yerlərdə zolaqların daraldılması həyata keçirilir. Əvvəllər iki zolaqlı olan yol sahələrində əlavə üçüncü zolaq, üç zolaqlı yollarda isə dördüncü zolaq yaranıb.

Nəticədə hərəkətin xaotik xarakter almasının qarşısı alınıb və nəqliyyat vasitələrinin zolaqlar üzrə daha nizamlı və təhlükəsiz hərəkəti təmin olunub. Bəzi küçələrdə islahat hesabına velosiped zolaqlarının salınması mümkün olub”, - ekspert deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Yanvar 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see300

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see270

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see263

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see261

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see212

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see197

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see186

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see184

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see183

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see182

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see180

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see179

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see177

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see175

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see174

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see173

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see170

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see170

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see168

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri