Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Magistratura niyə vacibdir? Tələbələrdən fərqli cavablar

Magistratura niyə vacibdir? Tələbələrdən fərqli cavablar

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Magistratura qapısını döyən hər oğlanın məqsədi eyni deyil. Kimisi bakalavr təhsilindən sonra biliyini daha da dərinləşdirmək, ixtisasında irəliləmək və gələcək karyerasına yatırım etmək istəyir. Kimisi üçün isə magistratura diplomdan daha çox, hərbi xidmətə çağırışdan müəyyən müddətlik uzaq qalmaq fürsətidir. Əyani magistraturaya qəbul olanlara təhsil müddətində hərbi xidmətə möhlət verilməsi bu seçimi bəzi gənclər üçün daha cəlbedici edir.

Beləliklə, magistratura qarşısında iki fərqli niyyət dayanır: bir tərəfdə təhsilini davam etdirib gələcəyini qurmaq istəyənlər, digər tərəfdə isə əsgərliyə getmədən əvvəl vaxt qazanmaq istəyənlər. Bəs gənclər magistraturanı həqiqətən akademik yolun davamı kimi seçirlər, yoxsa hərbi xidmətdən möhlət almaq üçün? Bu sualın cavabı isə hər bir namizədin şəxsi seçimində gizlənir.

Mövzu ilə bağlı fərqli təhsil müəssisələrindən — universitetlərdən məzun olmuş tələbələr Modern.az-a açıqlama verib.

Azərbaycan Dillər Universiteti məzunu Eldar Əlizadə:

“Mən, Eldar Əlizadə, Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq ixtisası üzrə, Türkiyə istiqamətində təhsil alıram. Bakalavr təhsilim müddətində Türkiyənin siyasi, sosial, iqtisadi və mədəni xüsusiyyətləri ilə bağlı biliklər əldə etmiş, bu sahəyə olan marağımı daha da inkişaf etdirmişəm. Təhsilimi davam etdirmək və əldə etdiyim bilikləri daha geniş akademik mühitdə inkişaf etdirmək mənim üçün əsas prioritetlərdən biridir.

Magistratura pilləsində Bakı Dövlət Universitetində Konfliktologiya ixtisasına qəbul olmuşam. Magistraturaya qəbul olmaqda əsas məqsədim yalnız magistr diplomu əldə etmək deyil, eyni zamanda seçdiyim sahə üzrə daha dərindən ixtisaslaşmaq, nəzəri biliklərimi artırmaq və gələcək peşə fəaliyyətim üçün möhkəm akademik baza formalaşdırmaqdır. Konfliktlərin yaranma səbəblərini, onların idarə olunması və həlli yollarını öyrənmək, xüsusilə də regionşünaslıq sahəsində əldə etdiyim biliklərlə bu istiqaməti əlaqələndirmək gələcək inkişafım üçün mühüm əhəmiyyət daşıyır.

Magistratura təhsilimi gələcəkdə Türkiyədə davam etdirmək isə əsas məqsədlərimdən biridir. Türkiyədə yüksək səviyyəli ali təhsil müəssisələrində təhsil almaqla həm akademik biliklərimi genişləndirmək, həm də fərqli təhsil və elmi mühitdə yeni təcrübələr qazanmaq istəyirəm. Xüsusilə Türkiyənin regionşünaslıq, beynəlxalq münasibətlər, konfliktologiya və siyasi elmlər sahəsindəki imkanlarından yararlanmağı, bu istiqamətlərdə çalışan mütəxəssislərin təcrübəsini öyrənməyi və özümü beynəlxalq səviyyədə inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam.

Türkiyədə təhsil almağın mənə yalnız akademik baxımdan deyil, şəxsi və peşəkar inkişaf baxımından da böyük töhfə verəcəyinə inanıram. Fərqli insanlarla ünsiyyət qurmaq, müxtəlif baxışlarla tanış olmaq, yeni araşdırma metodlarını öyrənmək və beynəlxalq akademik mühitdə fəaliyyət göstərmək gələcək karyeram üçün mühüm təcrübə olacaq.

Uzunmüddətli əsas məqsədim regionşünaslıq və konfliktologiya istiqamətlərində peşəkarlaşmaq, əldə etdiyim nəzəri bilikləri praktiki təcrübə ilə birləşdirmək və öz sahəmdə ixtisaslı mütəxəssis olmaqdır. Bunun üçün magistratura təhsilini mühüm mərhələ hesab edirəm. İstəyirəm ki, bu mərhələdən maksimum istifadə edərək həm elmi, həm də praktiki baxımdan özümü inkişaf etdirim, gələcəkdə isə Türkiyə və Azərbaycan arasında regional, siyasi və akademik əlaqələrin inkişafına töhfə verə biləcək səviyyədə peşəkar olum.

Mənim üçün magistratura sadəcə növbəti təhsil pilləsi deyil, gələcək karyeramın formalaşmasında mühüm addımdır. Əsas məqsədim öz ixtisasım üzrə dərin bilik və bacarıqlar əldə etmək, Türkiyədə yeni akademik və peşəkar təcrübələr qazanmaq və uzunmüddətli perspektivdə seçdiyim sahənin peşəkarlarından birinə çevrilməkdir”.

Bakı Dövlət Universiteti məzunu  Məlikzadə Ayxan:

“Bakalavr təhsilimi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində almışam. Magistratura pilləsində də eyni universitetin Jurnalistika fakültəsini seçməyimin əsas səbəbi bakalavr təhsilim müddətində əldə etdiyim akademik bilikləri daha da təkmilləşdirmək, jurnalistika sahəsində bilik və bacarıqlarımı dərinləşdirmək və bu istiqamətdə özümü daha da inkişaf etdirməkdir.

Magistratura təhsilinə davam etmək mənim üçün yalnız növbəti təhsil pilləsini başa vurmaq və magistr dərəcəsi əldə etmək məqsədi daşımır. Əsas məqsədim seçdiyim sahə üzrə daha peşəkarlaşmaq, nəzəri biliklərimi praktiki təcrübə ilə zənginləşdirmək və gələcək karyeram üçün daha möhkəm akademik baza formalaşdırmaqdır. Tam ali təhsilli olmaq isə uzun müddətdir qarşıma qoyduğum əsas hədəflərdən biri olub.

Karyera baxımından da qarşıma qoyduğum bir neçə istiqamət və hədəf var. Hazırda bu istiqamətləri nəzərdən keçirir, öz maraq və bacarıqlarıma uyğun ən doğru seçimləri müəyyənləşdirməyə çalışıram. İnanıram ki, magistratura təhsili gələcək fəaliyyətim üçün yeni imkanlar yaradacaq, həm peşəkar çevrəmi genişləndirməyə, həm də müxtəlif istiqamətlərdə özümü sınamağa şərait verəcək.

Hazırda ixtisas seçimi və kodlaşdırma işi ilə məşğulam və bu fəaliyyət artıq təhsil və peşəkar inkişaf yolumun ayrılmaz hissəsinə çevrilib. Bu sahədə çalışmaq mənə həm müxtəlif insanlarla ünsiyyət qurmaq, həm də təhsil prosesləri və seçimləri ilə bağlı praktiki təcrübə qazanmaq imkanı verir. Gələcəkdə əldə etdiyim akademik bilikləri iş təcrübəmlə birləşdirərək daha geniş imkanlara sahib olmaq istəyirəm.

Məhz buna görə magistraturaya daxil olaraq həm təhsilimi davam etdirməyi və öz ixtisasım üzrə peşəkarlaşmağı, həm də hazırkı iş fəaliyyətimi paralel şəkildə davam etdirməyi seçmişəm. Mənim üçün bu iki istiqamətin birlikdə inkişaf etdirilməsi həm şəxsi, həm də karyera baxımından daha məqsədəuyğun seçimdir. Qarşıdakı dövrdə əsas hədəfim təhsil və iş təcrübəsini bir-biri ilə əlaqələndirərək özümü daha da inkişaf etdirmək və gələcək karyeram üçün daha geniş perspektivlər formalaşdırmaqdır”.

Azərbaycan Dövlət İqtisad Üniversiteti məzunu Rəvan Babayev:

“Mən, Rəvan Babayev, bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə başa vurmuşam. Təhsil müddətində idarəetmə, dövlət və bələdiyyə strukturlarının fəaliyyəti, təşkilati proseslər və bu sahə ilə bağlı müxtəlif istiqamətlər üzrə biliklər əldə etmişəm. Magistratura pilləsində Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul olmağımın əsas məqsədi əldə etdiyim akademik bilikləri daha da inkişaf etdirmək, yeni bilik və bacarıqlar qazanmaq və gələcək fəaliyyətim üçün daha möhkəm peşəkar baza formalaşdırmaqdır.

Hazırda şəxsi biznesim var və bu biznesi yeni qurduğum üçün onun inkişaf mərhələsində birbaşa iştirak etməyim mənim üçün xüsusilə vacibdir. Əsas məqsədlərimdən biri biznesimi daha da böyütmək, idarəetmə və təşkilati bacarıqlarımı praktikada inkişaf etdirmək və gələcəkdə daha uğurlu sahibkarlıq fəaliyyəti qurmaqdır. Bu baxımdan, hazırda ölkədə qalaraq həm magistratura təhsili almaq, həm də öz biznesimi davam etdirmək mənim üçün daha məqsədəuyğun seçimdir. Düşünürəm ki, təhsil zamanı əldə edəcəyim yeni bilikləri biznes fəaliyyətimdə tətbiq etməklə nəzəri və praktiki təcrübəni paralel şəkildə inkişaf etdirə bilərəm.

Magistratura təhsilini mən həm şəxsi inkişafım, həm də gələcək karyera planlarım baxımından mühüm mərhələ hesab edirəm. Məqsədim təhsilimi yarımçıq qoymadan biznes fəaliyyətimi də davam etdirmək, hər iki istiqamətdə qazandığım təcrübədən səmərəli istifadə etmək və gələcəkdə daha peşəkar idarəçi və sahibkar olmaqdır. Hazırda qurduğum biznesin inkişafını davam etdirmək və eyni zamanda magistratura təhsilindən maksimum yararlanmaq mənim əsas prioritetlərimdəndir. Bu iki istiqamətin bir-birini tamamlayacağına və gələcəkdə daha geniş peşəkar imkanlar yaradacağına inanıram”.

Nicat Rüstəm

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Avqust 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri