Magistratura üzrə ən az seçilən 5 universitet SİYAHI
Icma.az bildirir, Modern.az portalına istinadən.
Ötən həftə magistratura səviyyəsi üzrə ixtisas seçiminin nəticələri açıqlanıb. Nəticələr universitetlər üzrə plan yerlərinin doluluq səviyyəsini də ortaya qoyub. Bəzi ali təhsil müəssisələrində plan yerlərinin böyük hissəsi boş qaldığı halda, bir neçə universitetdə doluluq göstəricisi 50 faizə belə çatmayıb.
Modern.az-ın məlumatına görə, AzEdu.az xəbər verir ki, ali məktəblər rasında plan yeri ən az dolan 5 ali təhsil müəssisəsi var.
Belə ki, Bakı Avrasiya Universiteti 169 plan yeri ayırdığı halda 36 yer dolaraq 21.30% lik nəticə ilə ən az seçilən universitet olub.
Azərbaycan Kooperasiya Universitetində 315 plan yerinin 115-i, 36.51%-i dolub.
Bakı Xoreoqrafiya Akademiyasının 20 plan yerinin, yalnız 8-i, 40%-i dolub.
"Odlar Yurdu" Universitetinin 388 plan yerinin 175-i, 45.10%-i dolub.
Azərbaycan Texnologiya Universitetinin 191 plan yerindən sadəcə 87 yer dolaraq 45.55%-lik nəticə göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Avqust 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















