Icma.az
close
up
RU
Magistraturanı bitirənlərin əsgərlik müddəti 6 aya endirilə bilər EKSPERT

Magistraturanı bitirənlərin əsgərlik müddəti 6 aya endirilə bilər EKSPERT

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda ötən ildən başlayaraq hərbi xidmətlə bağlı bir sıra qanunlarda dəyişiklik edilib. Çağırış yaşının 35-dən 30-a endirilməsi və təhsil alan şəxslərə müəyyən yaş limitinin qoyulması kimi dəyişikliklər bu sahədə aparılan islahatların tərkib hissəsidir.

Qeyd edək ki, ölkəmizdə ali təhsil alan və almayan şəxslərin hərbi xidmət müddəti bir-birindən fərqlidir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən orta məktəbi bitirdikdən sonra birbaşa əsgərliyə gedənlər 1 il 6 ay, bakalavr pilləsində təhsil alan oğlanların əsgərlik müddəti 1 ildir. Doktarantura pilləsini bitirib elmi dərəcə alanlar isə hərbi xidmətə çağırılmır, ancaq magistratura pilləsində təhsil alanların əsgərlik müddəti ilə bakalavrı bitirib əsgərliyə gedənlər arasında heç bir fərq yoxdur. 

Modern.az-a danışan təhsil sahələri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, hərbi xidmətdə xidmət keçmə ilə bağlı müvafiq qanunvericilikdə bakalavr və magistr pilləsində təhsil almasından aslı olmayaraq 1 il müddətində hərbi xidmətdə olmaqları tələb olunur. Bu qanunun yaxın gələcəkdə dəyişməsi isə aktual mövzudur:

“Zaman –zaman bu mövzu ilə bağlı müəyyən müzakirələr aparılır, düşünürəm ki, qarşıdakı illərdə bununla bağlı konkret addımlar atılacaq. Magistr pilləsində təhsil alan tələbələrin əsgərlik müddətini 6 aya qədər endirmək mümkündür. O cümlədən bakalavr pilləsi üçün də qərarda dəyişiklik – həqiqi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı qərar vermək olar. Əlbəttə ki, bu qonşu ölkələrlə sülh şəraitinin olduğumuz, o cümlədən dünyada Azərbaycanı təhdid edən məsələlərin olmaması halında mümkün ola bilər və  əmin-amanlığın olduğu halda belə bir qərarın alınması daha məqsədəuyğundur, çünki hərbi xidmət məsələsi belədir ki, yeni çağırışçılar, buraxılan çağırışçıları say etibari ilə əvəz etməlidir”. 

Elçin Əfəndi sonda onu da qeyd edib ki, bu prosesin kifayət qədər müsbət tərəfləri var. Magistratura pilləsində təhsil alan tələbələr elmi-tədqiqat işlərini davam etdirmək istəyirlərsə, 6 ay hərbi xidmət keçmək onlar üçün kifayət qədər imkan yarada bilər. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:770
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Fevral 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri