Icma.az
close
up
RU
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir? ARAŞDIRMA

Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir? ARAŞDIRMA

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Zaman-zaman həqiqi hərbi xidmət dövrünün ali təhsilli şəxslər üçün 1 ildən 6 aya endiriləcəyi ilə bağlı müzakirələr dolaşır. Bakalavr, üstəlik magistr təhsili alan oğlanlar da müddətin 6 ay qısaldılmasını ümid edirlər.
Həqiqi hərbi xidmət müddətinin qısaldılmasına həqiqətən də ehtiyac varmı?
Bizim.Media xəbər verir ki, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu Lent.az-a açıqlamasında qeyd edib ki, əsgərlik dövrünün qısaldılması məsələsinə baxmaq üçün əvvəlcə Ermənistanla sülh sazişi imzalamaq lazımdır:
“Azərbaycanda həqiqi hərbi xidmətə çağırışla bağlı qanun qüvvədədir. Bu qanun optimal müddətdə ordumuzun şəxsi heyətinin formalaşdırılmasını səmərəli formada təmin edə bilir. Nəzərə alsaq ki, hazırda Azərbaycan öz ərazi bütövlüyünü, suverən hüquqlarını bərpa etsə də, hələ müharibə bitmiş hesab edilə bilməz, çünki biz sülh sazişi imzalamamışıq.
 

Söhbət o ölkədən gedir ki, onlat Azərbaycanın ərazi bütövlüyünü pozub, 30 il müddətində torpaqlarımızın 20%-ni işğal altında saxlayıb. Ermənistan bu gün də passiv olsa da, yeni silahlarla təchiz edilmiş ordu qurmağa cəhd edir. Bir neçə gün bundan öncə Hindistandan yeni raket qurğularının alınması da bunun əyani sübutlarından biridir. Ona görə də çağırış şəxsiyyətin kontetləşdirilməsi və silah təchizatı məhz düzgün formada aparıldığı üçün biz güclü ordu yarada bildik. Regionumuzda sülh tam bərqərar olmayana qədər bu nizamın pozulması bəlkə də doğru olmaya bilər, ona görə də bir qədər zamana ehtiyac var.


Önümüzdəki bir neçə ay içərisində Ermənistanla sülh müqaviləsi imzalanarsa və onun şərtlərində ordu sayı və silahlanma ilə bağlı məqbul elementlər öz əksini taparsa, yalnız bu zaman hərbi xidmətə gedən ali təhsilli gənclərimizin xidmət dövrünün qısaldılması məsələsi aktullaşa bilər.
Hələlik isə buna ehtiyac yoxdur, üstəlik Azərbaycan gəncləri mütləq orduda qulluq keçmək arzusunda olurlar. Onlar ölkəmizin təhlükəsizliyinə töhfə verməyə çalışırlar. 44 günlük Vətən müharibəsində hərbi çağırış məntəqələri qarşısında istər təhsilli, istərsə də təhsilsiz gənclərin orduda xidmət üçün növbədə dayandıqlarını gördük. Mənim fikrimcə, gənclərin ictimai əhval-ruhiyyəsi də hələlik xidmət dövrünün məhdudlaşdırılmasının lehinə deyil. Təhlükəsizliyimiz nə zaman tam təmin edilsə, hərbi çağırışda yeni müxtəlif formalar tətbiq oluna bilər”.
Bəs görəsən, qanuna dəyişikliklə bağlı Milli Məclisdə hər hansısa müzakirələr aparılıbmı? Yaxud bununla bağlı addımların atılması gözlənilirmi?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib ki, hərbi xidmət müddətinin 6 aya endirilməsi müzakirə edilmir:
“Milli Məclisdə bu barədə təklif müzakirə edilmir. Qanunvericilikdə nəzərdə tutulduğu kimi orta təhsilli şəxslər 1 il 6 ay, ali təhsillilər isə 1 il müddətində həqiqi hərbi xidmət keçirlər”,-deyə, deputat fikrini yekunlaşdırıb.
Məsələ ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, elmlə, təhsillə məşğul olmaq istəyən şəxslərin hərbi xidmət müddəti 6, hətta 3 aya endirilməlidir:
 

“Hərbi xidmət müddətinin 6 aya endirilməsi sosial şəbəkələrdə və mətbuatda ara-sıra müzakirə olunur. Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılmasının mən də tərəfdarıyam. Özünü hərbidə görməyən adamı zorla, aylarla əsgərlikdə saxlamaq, onun elmə və seçdiyi peşəyə həvəsinin azalması deməkdir. Ali təhsillilərin xidmət müddətinin 1 il 6 aydan, 1 ilə endirilməsi qərarının verilməsi çox müsbət hal idi, lakin mən onun qardaş ölkə, Türkiyədəki kimi 6, hətta 3 aya endirilməsinin tərəfdarıyam. Bunun üçün həm də Azərbaycanda alternativ xidmət haqqında qanun qəbul olunmalıdır. Bu qanundan sonra insanlar özləri seçim etmək məcburiyyətində qalacaqlar.


Qanunvericilik orqanı nümayəndələri bu məsələ haqqında ictiamiyyət nümayəndələri, güc strukturlarının səlahiyyətli şəxsləri ilə müzakirələr aparsalar, ortaq məxrəcə gələ bilərlər. İnsan əgər özünü hərbidə yox, elmdə, mədəniyyətdə görürsə, ona şərait yaradılmalı, konstitusion hüququna hörmətlə yanaşılmalıdır”.
Ekspert bildirib ki, qanunvericilikdəki boşluqlar çağırış zamanı problemlər yaradır:
“Türkiyədə hərbi sahədə xeyli əlavələr və güzəştlər var. Bizdə qanunvericilikdə bir böyük boşluq yaranıb. Bakalavr təhsili almış şəxs magistratura oxumadan birbaşa doktoranturaya qəbul ola bilir. Müvafiq qurumlar isə onlardan magistraturanın diplomunu tələb edirlər. Diploma magistratura və doktorantura sözü yazılmalıdır ki, çağırış zamanı problem yaranmasın.
 

Doktoranturada təhsil alan gənclərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti irad bildirir ki, bizim qanunda belə bir şey yoxdur, doktorantura yalnız magistraturadan sonra oxuna bilər. Bəs necə olur ki, orta məktəbdə 1-2-3-cü sinifdə oxuyan uşağı birdən-birə dördüncü, beşinci sinfə qəbul edirlər? Burada əsas məsələ bacarıq, fitri istedaddır. Lakin bizim qanunda olan boşluq problem yaradır.


Ona görə də, hesab edirəm ki, Azərbaycanda hərbi xidmət müddəti azaldılmalı və dünyanın mütərəqqi ölkələrində tətbiq olunan metodlar bizdə də həyata keçirilməlidir”,deyə Ü.Cəfərov fikrini yekunlaşdırıb.
Qonşu ölkələrdə vəziyyət necədir? Orada əsgərlik müddəti neçə ildir?
Azərbaycanın qonşu ölkələrindən olan Rusiyada və Gürcüstanda ali təhsilli olmasından asılı olmayaraq çağırışçıların hərbi xidmət dövrü 1 ildir. Ermənistanda 2 il, İranda 18-24 aydır. Türkiyədə isə bu müddət 6 aydır.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see290

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see265

Livitt istefa verdi

13 Avqust 2026 00:16see229

Əmlak bazarı ilə bağlı proqnoz: Bahalaşma gözlənilir

12 Avqust 2026 12:01see224

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see218

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see213

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see196

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see195

Yer 7 saniyəlik cazibə qüvvəsini itirəcək Alimlər həqiqəti açıqladı

12 Avqust 2026 04:42see185

Tramp: ABŞ Ukraynaya hərbi dəstək verə biləcək AB ölkələrinə silah satır

12 Avqust 2026 04:53see182

Rumıniya kömürlə işləyən İES ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər

12 Avqust 2026 05:17see182

İtlərin insanları necə “oxuduğu” məlum oldu

12 Avqust 2026 06:28see176

İqtisadiyyatda kim qazandı, kim uduzdu? 7 aylıq rəqəmlər

12 Avqust 2026 10:54see174

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır

12 Avqust 2026 18:18see170

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see157

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see152

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see150

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see149

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see148

İraq Baş naziri ölkədə silahların yayılmasının məhdudlaşdırılmasını tapşırıb

12 Avqust 2026 03:56see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri