Mahi Həsən Əbdül Lətif: Kütləvi məzarlıqlar bir çox ailənin qaranlıq xatirələrini ortaya çıxarıb
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Xocavənd, Ağdam, Şuşa və digər şəhərlərdə aşkarlanan kütləvi məzarlıqlar bir çox ailənin qaranlıq xatirələrini ortaya çıxarıb".
Oxu.Az-ın məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Haqları Komissiyası Katibliyinin sədr müavini Mahi Həsən Əbdül-Lətif "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.
O qeyd edib ki, itkin şəxslərin taleyi haqda davam edən qeyri-müəyyənlik onların ailələrinə tamamilə sağalmağa imkan vermir:
"İtmiş insanların aşkarlanması ailələrinin beynəlxalq hüququdur. İtkinlərin məsələsi heç vaxt siyasiləşdirilməməlidir. Onların məsələsi şəffaflıqla araşdırılmalıdır".
Sədr müavini deyib ki, ən son elmi alətlərdən istifadə edərək bir məlumat bazası hazırlanmasına və itkinlərin şəxsiyyətlərin müəyyənləşməsinə ehtiyac var:
"Bu zaman onların ailələri bu prosesdə aktivlik göstərməlidirlər. Biz öz təcrübəmizi Azərbaycanla paylaşmağa hazırıq".
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 09 Oktyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















