Mahir Almaniyaya yollandı, sabah məşqlərə başlayacaq! başqa klubla anlaşıb?
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
"Kayzerslautern"in şərəfini qoruyan Mahir Emrelinin Türkiyədə istirahətdə olduğunu yazmışdıq. Baş məşqçi Torsten Liberknext milli üzvlərinə əlavə bir həftə istirahət şansı tanıdığından hücumçu qardaş ölkədə qalmışdı.
Ancaq o, artıq bu gün Almaniyaya yollanıb. Bu barədə "Football-plus.az"a futbolçunun anası Elnurə Emreli məlumat verib. Əlavə edib ki, Mahir sabahdan etibarən komandayla birgə məşqlərə başlayacaq. Elnurə xanım həm də hücumçunun hələ başqa klubla anlaşmadığını bildirib.
Xatırladaq ki, Mahirin "qırmızı iblislər"lə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.
KƏNAN BAHADIR
Baxış sayı:136
Bu xəbər 05 İyul 2026 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















