Azərbaycanlı alim beynəlxalq konqresdə
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində, Girnə Amerikan Universitetində keçirilən və 3 gün davam edən IV Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresi (EMIDWORLD'26) işini yekunlaşdırıb.
Beynəlxalq elmi tədbirdə Azərbaycan Turizm və Menecment Universitetini tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı təmsil edib. O, konqresin açılış mərasimində universitet adından təbrik nitqi ilə çıxış edib, həmçinin elmi proqram çərçivəsində məruzəsini təqdim edib.
Konqresdə iqtisadiyyat, dövlət maliyyəsi, maliyyə riskləri, biznes və sosial elmlərin aktual problemləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Müxtəlif ölkələrdən qatılan alim və tədqiqatçılar öz elmi araşdırmalarını bölüşərək müasir çağırışlara dair yanaşmalarını təqdim ediblər. Tədbirin təşkilində İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edən qurumların və Azərbaycan Turizm və Menecment Universitetinin də iştirakı beynəlxalq akademik əlaqələrin genişləndirilməsi baxımından diqqətəlayiqdir.
Əyani və onlayn formatda keçirilən konqres müxtəlif ölkələrin elmi dairələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, tədqiqat nəticələrinin mübadiləsi və yeni elmi əlaqələrin qurulması üçün mühüm platforma rolunu oynayıb. Professor Məhərrəm Zülfüqarlının beynəlxalq tədbirdə iştirakı və məruzə ilə çıxışı Azərbaycan elminin xarici akademik mühitdə təmsil olunması, universitetlərarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli hadisədir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 29 Noyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















