Mahir Emreli yalanı təkzib edir
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
“Yazılan məlumatlar yalandır. Baş məşqçiyə etiraz etməmişəm”. Bunu Almaniyanın “Nürnberq” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
27 yaşlı hücumçu Almaniya mətbuatının yaydığı xəbərin doğru olmadığını söyləyib: "Hər şey qaydasındadır. Komandanın son matçlarda uğursuz çıxışına görə mediada baş məşqçi və oyunçular haqqında bu cür məlumatlar dərc olunur. Bilirəm, bu ölkənin mətbuatını oxuyursunuz, mənimlə maraqlanırsınız. Klub daxilində bu yazılanlara çox da önəm vermirlər".
Qeyd edək ki, yerli "nn.de" nəşri Mahir Emrelinin "Köln"ə uduzduqları II Bundesliqanın oyununda erkən əvəzlənməsinə görə baş məşqçi Miroslav Klozeyə etiraz etdiyini yazıb.
XQ
Baxış sayı:62
Bu xəbər 19 Dekabr 2024 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















